Yağacaq ömrümə qar,bir də bahar olmayacaq,
Solacaq gül-çəmənim,laləüzar olmayacaq.
Yenə həsrətlə baxıb yollarıma nazlı nigar,
Çəkəcək dərdi nihan,səbri-qərar olmayacaq.
Çıxacaq ərşi-müəllayə ruhum,dönməyəcək,
Gecələr sübhə qədər naleyi-zar olmayacaq.
Gülü dərmək diləyin olsa əgər səbr elə sən,
Elə gül bəslə ki,üstündəki xar olmayacaq.
Bu məhəbbət məni Məcnun edəcək dərdə salıb,
Qəmi,Mövlud,çəkəcəm,Leyli ki yar olmayacaq.
22.02.2015 / Zərdabi
Mövlud Ağamməd