Yağacaq ömrümə qar, bir də bahar olmayacaq...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:17 08 dekabr 2015 tarixində əlavə olunmuşdur

Yağacaq ömrümə qar,bir də bahar olmayacaq....

Yağacaq ömrümə qar,bir də bahar olmayacaq,
Solacaq gül-çəmənim,ol gülüzar olmayacaq.
***
Yenə həsrətlə baxıb yollarıma nazlı nigar,
Çəkəcək dərdi nihan,səbri-qərar olmayacaq.
***
Çıxacaq ərşi-müəllayə ruhum,dönməyəcək,
Gecələr sübhə qədər naleyi-zar olmayacaq.
***
Gülü dərmək diləyin olsa əgər səbr elə sən,
Elə gül bəslə ki,üstündəki xar olmayacaq.
***
Bu məhəbbət məni Məcnun edəcək dərdə salıb,
Qəmi,Mövlud,çəkəcəm,Leyli ki yar olmayacaq.

22.02.2015.Zərdabi.Mövlud Ağamməd.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+38=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0333 saniye