Yağan yağışlar da soyuqdur hələ...
Sevil Hüseynli tərəfindən "Şeir" bolməsinə 22:20 28 noyabr 2017 tarixində əlavə olunmuşdur

Yağan yağışlar da soyuqdur hələ,

Günlər ötüb keçər qaralı-ağlı.

Gecikmiş bu bahar ne vaxta gələ?

Tənha  bir ağacam cılpaq budaqlı.

 

Məni bu üşüdən soyuq qışdımı?

Yağışlar gözümdən axan yaşdımı?

İnsafsız yarımın qəlbi daşdımı,

Acarı itirib, qalmışam bağlı?

 

Qəlbim barışarmı eger dönübsə?

Gedəni kim saxlar atın minibse?

Həyatım heçnədi sevdam sönübsə,

Gərəksiz kitabam milyon varaqlı.

 

Atımı minsəm də çapa bilmədim,

Ömrümə səadət yapa bilmədim,

Həyatda bir mə”na tapa bilmədim,

Necə axtarsam da əli çıraqlı.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
Müəllif

Sevil Hüseynli
Haqqında
İxtisas - dizayn mühəndisi, hobbi - astrologiya, ruhən - "ücretsiz sanatçı"
Əlaqə
E-mail:
svqamal@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0211 saniye