Yağış və göz yaşları
Afig Huseynov tərəfindən "Digər yazılar" bolməsinə 02:24 26 may 2014 tarixində əlavə olunmuşdur

Yağış damlaları sənin göz yaşlarına qarışıb...Və başa düşmək olmur ki,sən nədən belə islanmısan.Yağışdanmı,yoxsa çıxıb gedən Sevgindənmi...Şırıltı ilə yağan yağış sənin Həyatında qərarlaşıb...”Əlvida” sözündən sonra başlayan həyatında...Sənin islanaraq üzünə yayılmış makiyajın çoxdan ağrilar maskasına  çevrilib...Amma sən buna fikir vermirsən...sən yeni dönəminə alışmağa başlayırsan...O dönəmə ki,həyatında bir daha o olmayacaq...Ağrılar Yağmur yaşları ilə sənə dinclik vermir,nəfəs almağa belə çətinlik çəkirsən..Amma heç də həmişə belə olmayacaq...Vaxt ötüb keçəcək və sən yağışı sevəcəksən...indi isə sən boş və səssiz küçələrdə dolaşaraq durmadan  özünə bir sual verirsən -“Niyə?”,niyə bu ayrılıq məhz mənim başıma gəldi...Niyə indi...Ancaq etinasız və lal Yağış isə bu sualın cavabını bilmir...O sadəcə yağır ,yağır ...və onunla birgə sənin bu günün də yağışa dönərək yerə tökülür...Yağış damcıları çoxdan sənin göz yaşlarına qarışıb...İndi başa düşmək olmur ki,sən nədən belə islanmısan...


... dəfə oxunub
Qiymət: 9/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
5+18=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
afiq@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0234 saniye