Yağış
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 23:18 21 fevral 2015 tarixində əlavə olunmuşdur

Kövrələn buludlar, dolan buludlar,
Ələyir üstümə bu qəm yağışın.
Buludlar səmada elə düzülüb, 
Mənə xatırladır bir qız baxışın.

Həsrət bir-birinə, düşən damlalar, 
Seyr edir bu anı bir sarı yarpaq. 
Bir həzin meh əssə qopub düşəcək, 
Alacaq onuda qoynuna torpaq.

Çırpılıb otağın pəncərəsinə,
Damlalar nəyisə demək istəyir.
Bəlkə də, buludun göz yaşlarıdı, 
Ağlayıb, o məndən kömək istəyir.

Əl açıb Allaha etdim dualar, 
-Ya Rəbbim Sən özün məni bağışla.
Bu yağış Allahın mərhəmətidi,-
Ruhumun günahın yuyur yağışla.

Kiminə xoş andı, kiminə dərd-qəm, 
Mənimçün hər yağış bir ayrılıqdı. 
Sonuncu görüşdə yağış yağırdı, 
Duyduğum təkcə söz - "ayrılırıq"dı.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+10=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
http://edebiyyatisigi.com da redaktor.ADAU-nun 4-cü kurs tələbəsi. Həvəskar şair. "Mingəçevir leysanı" jurnalının bölgə muxbiri və sədir müavini.
Əlaqə
Tel.:
0558425352
E-mail:
ruslanelekberli94@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0299 saniye