Yağış
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 15:00 09 fevral 2016 tarixində əlavə olunmuşdur

Yağan yağış, aramla yağ,

Dənə - dənə, gilə - gilə.

Elə yağ ki, damlaların

Dönməsin leysana, selə.

 

Yağ şumlanmış torpaqlara,

O saralmış otlaqlar.

Suya həsrət yataqlara,

Yağ dənizə, yağ çay, gölə.

 

Yağ qəlbimin təşnəsinə,

Yağ dağların çeşməsinə.

Baxma yerin üşüməsinə,

Yağ torpağa, yağ sünbülə.

 

Sənə dəniz, çaylar möhtac,

Nəfəs kəsən aylar möhtac.

Paralanmış laylar möhtac,

Yağ, ey yağış, sən nur çilə.


... dəfə oxunub
Qiymət: 9/10(680 səs)
[qiymət ver ]
Şərh yaz
7+12=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0515 saniye