Yağışdan qaçıb yağmura düşdük.
Xuraman tərəfindən "Esse" bolməsinə 14:40 23 may 2014 tarixində əlavə olunmuşdur

Yağışdan çıxıb yağmura düşdük,
Çətiri atıb palçığa düşdük..

 

Deyir, dahilərin pıçıltı ilə dediklərini axmaqlar hər addımda bağırır. Ya öz görünüşləri, ya davranışları ya da insana xas olmayan hərəkətləri ilə. Off, necə rahat idi ana bətni. Acanda dilənmirdik, əsəbləşəndə antidepresanlar içmirdik, çünki heç əsəbləşmirdik. Heç anamız bizi aldatmırdı da. Vaxtı çatanda min bir sancıyla dünyaya gətirirdi. Hərdən deyirəm ki, analar gələcəyi düşünə bilmir. Çünki düşünsəydilər bizi dünyaya gətirmək nədir, heç xəyalımızı da qurmazdılar. Oluur da hərdən xəyallarda bəyaz, sarı saçlı mələyin. Amma xəyalı gözəldi e, yoxsa inan, heç bu dünyaya gəlməyin  yeri yoxdur. Alın yazısıdır, yox bir taledir, başqa zir zibildi, boş boş danışırlar. Amma hərdən də düşünürəm ki, Tanrının işi çox idi deyə anaları yaratdı. Yoxsa biz necə durardıq burda,hə? Asandı ki?
Yalandan "Mən Kafka, sadiqəm Milenama"deyib, qabağına Paulodan bir obraz çıxan kimi əclaf olurlar. Paulo dedimsə də, anlayana...
Yəni, yağışdan çıxıb yağmura düşdük... Birdən biri çıxır, deyirsən ki, "hə, bax, bu, əsl dostdur". Amma sonra görəndə ki, o da gedərilər nəslindəndir, onda da deyirsən ki, "atova lənət kirpi".
Sizə bir məsləhətim.. Mən sizə belə məsləhətlər verməyi dayandıracam bu yazımdan sonra. Hərə öz qazanı yanmasın deyə dursun qazının başında. Əşi, sənə nə Magellan şərqdən qərbə gəzib? Ona qalsa məndə ölümü kəşf etmişəm, şərqdən qərbə.. Yəni, boş şeydir.
Məsləhətim odur ki, özünüzdən qeyri kimsəyə tutunmayın. Bir də Allahdan bərk yapışın. Bəsinizdi. İnsanlığı da unutmayın,saqın. Böyüyəndə lazım olacaq. Ya da vicdan alanda bir ölçü böyüyünü alın ki, gələn səfərə də qalsın. Yoxsa bu sürətlə siz Marsa gedərsiz. Hə, bir də, tənqidlərdir, iradlardı, bunlar mənimçün önəmlidir. Amma sırf tənqid naminə tənqid varsa, bir sözüm var "işinizdə olun".
Hamı müəyyən bir vaxtdan sonra dəyişir. Ruhu, kimliyi, hətta əsaləti. Bunları geri qaytarmaq olmaz, amma çevriliş mümkündür. Lakin unutmayın ki, sizi aldadan birini bağışlamayın, o bunu bir daha təkrar edər, çünki bu xarakterdi artıq. Bir də ayılarsan ki, sən qəflətdə yatanda səninçün kəfən hazırlayblar. Bu yazımı yazmaya da bilərəm. Sadəcə çevrilişdən öncəki ruhumu sizlərlə paylaşıram. Çünki biirəm ki, indi bu ruh zəifliyi çoxunda olub.
  Dost, əgər həyatda qalmaq istəyirsənsə, insanlara ya əşyalara deyil, məqsədlərdən tutun. (Albert Enşteyn)

Məntnin adı "Yağışdan çıxıb yağmura düşdük"dür. Səbəbi isə odur ki, sən yağışdan çıxmazsan heç vaxt. Başına çətir tutsan da ayaqların palçıqlıdır. Bu hesabla, əzizlərim, hamıdan dünyada bir dənədir. Ruh əkizidir, ya ruhdaşdır, nədir axtarmayın. Bu dünya  qəlibləşdirir bizi. Tanrı bizdən bir dənı yaradıb və tam yaradıb. Qaraqan demişkən, "Mən özümü tək qalanda tapdım". Yəni, Kafkadan da bir dənədir, Şəhriyardan da, Nəsimidən də...
 Bir azdan qar yağacaq, gedin günəşdən soruşun...



 


... dəfə oxunub
Qiymət: 8/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
4+13=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
memmedova.xuraman@list.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0258 saniye