YAĞIŞI ÇOX SEVİRƏM...
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 12:37 07 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Yağışı çox sevirəm,
Damla-damla, gilə gilə düşən zaman torpağ üstə,
Çiçəkləri isladanda bağçalarda ,
Səni mənə xatırladır.
Düşünürəm sənlə keçən sevgi dolu günlərimi,
Sənə qurban verdiyim o,
Aylarımı, illərimi.
Yağış hər yağdığı zaman,
Yada düşür yağış altda sənlə keçən xatirələr,
Aylar, illər,
Yada düşür nələr, nələr...
Yadındamı,
Yadındamı yağış altda necə islandıq biz o gün,
Sən yamanca üşüyürdün.
Yağış göydən yağa-yağa tellərimə,
Qollarıma aldım səni,
Aldım bumbuz üşüyən əllərini,
Əllərimə.
Çox darıxdım o günlərçün,
Bilsən necə.
Sənsiz mənə gündüzlər də olur gülüm, zülmət gecə.
De hardasan?
Mələk üzlüm,
Gözəl gözlüm?
Ruzigarmı aldı səni əllərimdən?
Ayrı düşdüm sənlə olan aylarımdan, illərimdən...
Hardasan bilmirəm...
Yoxdur xəbər neçə ildir gülüm, səndən,
Bir məktub var məndən.
Küləklərlə göndərmişəm, aç oxu.
Alsan əgər o məktubu,
Sən də yazıb ver küləyə,
Saçından bir tel də kəs qoy həmin məktubun içinə,
Nəmli olsun qoyduğun tel.
Mənə səni xatırlatsın.
Xatırlatsın ömür boyu sənli olan günlərimi,
Xatirənlə yaşayım qoy.
Yağış yağan zaman çıxıb yağış altda dayanaraq,
Xəyal edim yenə səni 
Xəyal edim səni sənsiz...
Xəyalımda,
Yağış altda islanaq biz...

İlkin ABBAS


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+35=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0257 saniye