Yağışın bir damlası
Faiq Ilyasov tərəfindən "Hekayə" bolməsinə 20:28 04 fevral 2016 tarixində əlavə olunmuşdur

Baki gecələri,yağıslı hava maşınların işıqları insanı evinə getməyə məcbur edirdi.Ilyasda işdən evə qayidarkən,birdən çətirlə incə və kiçik boylu bir qiz qaça-qaça İlyas tərəfə gəldi.İlyas isə avtobusu gözləyirdi,qız İlyasa yaxinlasıb titrəyə titrəyə deyir:143 nömrəli avtobus hələ gəlmiyib?

İlyas:Xeyir xanim hələ gəlmiyib elə məndə 143 ə minəcəm deyib gülümsəyir.

10 dəqiqə keçir avtobus gəlmir,İlyas qiza deyir:Bu axşam vaxtdi yəqinki işden gəlirsiz.Qız-Xeyr mən musiqi kursuna gedirəm və ordan gəlirəm bəs siz? İlyas-Mən işden gəlirəm bu aralar işler biraz yorğun keçir.Qız-Hə sizə işlərinizdə uğurlar.

İlyas-Çox sağolun,xanim heç sizin adınızı soruşmadım ilk oncə ozümü təqdim edim adim İlyasdər.Qız-məmnun oldum mənim adım isə Könüldür deyib gülümsəyir.Yağış isə öz işini davam etdirir yəni qurtarmaq bilmirki bilmir.Sonunda avtobusumuzda gəldi Könül xanım buyurun keçin.Çox sağolun.Avtobusda yenə söhbət edirlər:Könül xanım üzr istəyirəm siz nə musiqisi ilə məşğul olursuz?Mən pianino kursuna gedirəm,əslində Univerisitet oxuyuram ama musiqi ilə məşğul olmaq istiyirəm.Siz harda işliyirsiz? Mən bir kafedə ofisiant işləyirəm.Könül öz dayanacağında düşür və yoluna davam edir.İlyas isə avtobusun yan şüşəsindən Könülə baxaraq nəisə fikirləşirdi.İlyas evə gəlir,belə bir evə heç gəlməsə daha yaxşıdır.Evin hər tərəfinin boyası pozulmuş,soyuducu işləmir,bir qaz var onunda 1 gözü işləyər ya işləməz.İlyas evdə heç vaxt yemək yemir çünki belə bir evdə yemək yeməyə ürəyi gəlmir.Əl üzünü yuduqdan sonra başını döşşəyə qoyub yatır.Könüldə evə gələr gəlməz imtahanlara hazırlaşmaq üçün kitablar.dostlarından aldığı dəftərləri qabağına qoyub oxuyurdu.Səhər saat 07:03 də Könül yuxudan durub əl üzünü yuyub,çayını içib Univerisitete yollanir.İlyas isə hələ oyanmayıb,zəng zəng arxasıncadı sonunda İlyasda oyanır və tələsik əynini geyinib əl üzünü yuyub dişlərini tam 5 dəqiqə yuyub evdən cıxır.İlyas həməşəki kimi 143 ə minib rahat arxada oturub yuxusuna davam edir.Könül isə dayanacaqda 143 gözlüyür,birdən 143-un tormoz səsi eşidilir elə bil asvaltı bu dəqiqə yerindən çixaracaq.Könül avtobusa minib yer olmadığı üçün ayaq üstdə durur.Könül sol tərəfə baxanda,İlyasın sakitcə yatdığını görür,və ona yaxinlaşır.

Könül-Hey hey deyib əli ilə onu dürtmələyir.

İlyas-gözünü açıb Könülü gorən kimi deyir:A bağısdıyın yatıb qalmisam burda necəsiz?

Könül-Yaxşıyam siz necəsiz işə gedirsiz?

İlyas-Hə işə gedirəm sən yəqinki Univerisitetə gedirsən.

Hə ora gedirəm.Sən hansı Univeristietdə oxuyursan?

Könül-Bakı dövletde oxuyuram.

İlyas-mən bu gün sizi yenə dayanacaqda gözdüyəcəm deyib İlyas tez düşür.Könül isə İlyasa baxaraq məətdəl qalırki niyə öz dayanacağında düşmədi həmdə ən çox onu niyə dayancaqda gözdəməlidir.Könül isə işə gedir,artiq axşam olur hamının işdən qayıdan vaxtı olduğu üçün şəhərdə adamların səsləri insanı sıxır.Könül dayanacaqda gelib oturur,avtobus yenədə gəlib cıxmır.Könül isə avtobus gozelmirdi,İlyası gözlüyürdü.Artıq 1 saat keçenden sonra İlyas gelir.

İlyas-Salam Könül xanım necesiz?

Könül-Salam salam deyib sakitce İlyasın gozlerine baxır

İlyas-Gəlin gedəy bir çay icək,bu soyuq havada bayırda durmayaq deyib gülür.Yarım saat yoldan sonra,bir restorana gəlirlər.Könülün ureyi ele döyünürdü ki,ele bil bu saat ürək yerindən çıxacaq,bu normal idi çünki 1 gündə tanışdığı insanla bir restorana gəlir və oturur.İlyas ofisiantı çağırır bir çay sifariş edir,və Könülə deyir çay içək içimiz isinsin.Könül İlyasdan soruşur:Sən haralisan?İlyas cavab verir mən bir kənd uşağıyam və orda böyümüşəm deyib öz həyatı haqqında danısmaga başlayır.Atam mən uşaq olarkən başqa ailə tərəfindən öldürülüb yəni qan davasi kimi birşeydi.Anamda məni bura gondərdiki təhlükədən uzaq olum.Anam həmisə deyərdiki:İnsansız dünya daha gozəldir bu dunyanı məhf edən elə özümüz olacıyıq deyib ağlayırdı.Könül:Bu vaxtda qədər heç ananı gorməmisən?İlyas:Yox evlənənnən sonra gedecəm.Çay gəlir,Çay içərkən Könül başlayır öz haqqında danışmağa:Məndə yaxın insanımı itirmişəm,qardaşımı.Anam və Atam yaşayırlar,Anami çox sevirəm deyib üzgün şəkildə çayını içir.1 saatdan sonra yemək gəlir,yemək yeyərkən könül sual verir:Sən hansı restoranda işləyirsən?Mən elə bu restoranda işləyirəm.Könül cavab verir:Yəqinki yemək pulumuzu pulsuz edərlər.İlyas:Maaşımdan çıxacaqlar narahat olma bu gün mennen olsun deyib qəh qəhə ilə gülür.Yemək yedikdən sonra qalxırlar biraz şəhəri gəzirlər,Könül sual verir:Heç sevdiyin olub?Ilyas:Yox olmuyub bəs sənin?Könül:Yox olmuyub.İlyas Könülü evə qədər yola salarkən Könülün atası bunu görür.2 ay keçir,İlyas işdə olarkən restorana bir kök və uzun boy bir kişi gəlir,İlyası axtarıram burda işləyir deyib bir masada oturur.İlyas gəlir:Bəli buyurun məni cağırmsız.Salam mən Könülün atasıyam adım Fikrətdir.İlyas biraz təəcüblənir və cəkinir,ama yenədə özünü itirmir buyurun deyir.Birdə mənim qızımın arxasınca düşmə səni məhf edərəm,mən sizin kimiləri yaxşı tanıyıram,siz qızları özünüzə cəlb edirsiz və hamilə bıraxıb qaçırsız şərəfsiz millətsiz siz deyib ayağa qalxıb İlyasa hücum edir.Bu zaman restoranin mudiri gəlib Fikrət kişini itələyir.Fikrət mudiri görən kimi arxaya tərəf gədir.Mudir:Sən kimin üstünə hücum edirsən mən səni yaxşı tanıyıram sən öz arvadını öldürəndə mən gəlib arvadını əlindən almadım? hə? Əclaf!Bəlkədə qızınıda öldürmüsən bir birlərini sevirlər qoy xoşbəxt olsunlar əl çək camaatdan dərhal tərk elə buranı yoxsa başını kəsərəm sənin!Fikrət kişi dodağının altında danişa danişa çıxıb gedir.Mudir İlyası otağına cağırır.Gəl otur İlyas narahat olma siz bir birnizi sevirsiz sizi heçkim ayıra bilməz qızı götür çıx get buralardan.Yoxsa o əclaf,qızı öldurəcəy.İlyas:O, Könülə heçnə edə bilməz mən elə bu gecə onu qaçiracam.Mudir:Bu 500 manatı götür qaç burdan.Könül isə Atası elə döymüşdüki heç ayağa qalxa bilmirdi.Birdən Könülün telefonuna zəng gəlir zəng edən İlyas idi.Könül telefonu götürür:Alo,bəli İlyas.Iİlyas:Mən səni aşağıda gözdüyürəm gəl tez qaçırıq buralardan.Könül:Axı mən necə gəlim qorxuram.İlyas:mənimlə gəlmək istəmirsən?Könül:Əlbətdə gəlmək istəyirəm deyib telefonu söndürür.İlyas bir yol fikirləşir evin qapısını qırıb evə girir.Könülün atası elə bil İlyası gözdüyürmüş kimi deyir:Gəl görüm səni öldürəcəm siz məni yaxşı tanımırsız deyən zaman İlyas əlindəki beşbarmağ ilə Fikrət kişinin başına elə vururki kişi yerə yıxılır.Könülün anası bunu gorən kimi qışqırmağa başlıyır.İlyas heçnəyə fikir vermir Könülün otağını soruşur.Ana:Oğlum etmə başını bəlaya salma yalvarıram cix get! İlyas bütün otaqları axtarır axır əvvəl Könülün otağını tapır.İlyas üçün qapı qırmaq elədə çətin iş deyildi çunki kəntdə ağac kəsməkdən odun qırmaqdan əlləri bərkimişdi.Könülü evdən cixardıb iş yoldaşını köhnə 07-nə minib qaçırlar kəndə.Bakının yenə yağışlı günləri qurtarmırdıki qurtarmırdı.Səhər saat 06:45 də kəndə gəlib çatırlar.İlyas maşınnan düşür Anasının inəklərin sağdığını görür uzaqdan Ana! deyərək  qışqırır.Anası çevrilib 5 ildən sonra oğlunu görməsi onun üçün dünyanın bəlkədə ən böyük hədiyyəsi kimi idi.Ana oğlunu görür görməz Oğlum! Oğlum! Ay Alllah sənə şükürlər olsun oğlum qayıtdı deyə deyə qaçaraq oğlunun üstünə gəlirdi İlyasda həmçinin.Ana:Ay oğul gözlərim yolda qalmışdı.Hamı deyirkdiki artıq İlyas ölüb bəlkədə öldürüblər.Amma mən yenədə sənin yoluvu gozlədim Anasın oğlu deyib hönkür hönkür ağlayırdı.Elə bu zaman maşınnan Könül düşür Ana Könülü görən kimi başa düsürki İlyas qızı qaçırdıb.Onları evə gətirir.Bir samovar çayı qabağlarına qoyub soruşur:Qaçmısız siz?İlyas:Ana nə ferqi var sənə gəlin getirmişem əsas odur deyib gülür.Yol yorğunu olduqları üçün dincəlirlər.Fikrət kişi isə ayilanda nə gorsə yaxşıdır,bir qaranlıq otaq ve qabağında restoranın mudiri Rəsul muəllim.Rəsul:Hə Fikrət kişi nolacaq bu işlər neyniyək?Fikrət məni qızıma götür!Rəsul:Yanındaki oğlana bir işarə verir oğlan qara rəngdə tapancanı cıxardıb Fikrət kişinin başına tutur.Rəsul:Yadındadır mənim oğlumu və arvadımı bıcaqlıyıb öldürmüsdün? Məndə səni öldürəcəm deyən kimi Silahın tətiyi açıldı və Fikrət kişinin güllə alnınnan girib başının arxa hissəsindən çıxır.İlyas səhər durub Rəsul muellimə zəng vurur:Salam mudir mənəm İlyas siz danışdız Fikrət kişiylə? nə dedi?

Rəsul:Mən onunla danışdım dediki mənlik deyil ozləri bilər birazda pul verdimki şəhərdən ayrılsın,narahat olma .İlyas sevincindən bilmirdiki neyləsin,Anasını çağırıb qızla evlənmək üçün icazə aldi,və 1 aydan sonra Könüllə İlyas evləndi.Toydan 1 həftə sonra İlyasın Atasını öldürən Cavanşir kişi İlyasın kəndə gəldiyini görür.Cavanşir kişi oğlunu kəndin çayxanasına çagırır.Oğlu Yusif isə heçnədən qorxmayan bir insan idi.Cavanşir oğluna deyir:Yusif İlyas gəlib bu qan davasıdı onun atası sənin əmini öldürüb sənində borcundurki onun oğlunu oldurəsən.Yusif evdəki üstü başı paslanmış tufəngini götürüb gedir İlyas gilin evinin qabağına.İlyas cıx evdən bilirəmki evdəsən bu qan davasıdı sizin nəsildə kişi olmuyub olmuyacaqda deyib evə güllələr yağidırdı.İlyas isə evdə deyildi 07 ile Konule kəndi gəzdirirdi amma İlyasın anası evdə idi.Ana qorxudan qonşuları koməyə cağırırdı,qonşulardan biri Ilyasa xəbər gondərir bunu eşidən İlyas tez gəlib çatır ama artıq iş işdən keçmişdi.İlyas evə girərkən Anasının evdə qan içində yatdığını gorən kimi dizləri üstə yıxılaraq əllərini yerə vurub Ana Ana deyerek ağlayırdı.Kəndlilər sizin nəslə soyub deyərək Ilyası qisas almağa cağırırdılar.İlyas Könülü şəhərə öz evinə göndərir,Rəsul muəllimlə əlaqə saxlayıb hər şeyi danışıb onnan pul istəyir.Resul:Pulu neynirsən?İlyas:Silah alacam Rəsul:silah istəyirsən bunu əvvəlcədən denədə.Rəsul muəllim süyürtmədən Fikrət kişini öldürdüyü silahı verir İlyasa ve deyir:Bu qisası al kənddəki evi sat gəl Bakıda yaşa.İlyas silahı götürüb yollanır kəndə.Yusif və Cavanşir isə çayxanada oturub nərd oyunurdular,İlyas çayxanıya girib silahın cıxardıb 2 gullə ilə ikisinidə öldürür.Kəndin adamları bunu gorən kimi hamı qarışqalar kimi dağılır bir tərəfə.İlyas Könülüdə götüreb köhnə 07-si ilə qayıdır Bakıya və bir ev alıb Könüllə evlənib bir uşaq sahibi olur.Uşaq anadan olan günü Bakının yağışı İlyas və Könül üçün yağırdı.İlyas:Səni bir yağış damlasına belə qısqanıram deyib gülümsəyir.Könül:Sənsə həmin yağışsan mənim üçün.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0283 saniye