Yağışlı havada gəzəndə daha çox islanırıq, yoxsa qaçanda?
Elnur Əzizov tərəfindən "Elmi məqalə" bolməsinə 17:19 11 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Hava şərtlərini nəzarət etməmiz mümkün deyil. Fərz edin ki, bardaqdan tökülürmüş kimi kimi yağış yağır və siz evdən çıxmadan əvvəl saçlarınızı diqqətlə daramışdınız. Parkdan marketin girişinə qədər də pozulmasını istəmirsiniz. Görəsən daha yavaş gedərək yağış altında daha çox vaxt keçirməkmi, yoxsa qaçaraq yanlardan daha çox yağış damlasıyla təmas etməkmi sizi daha çox isladır?

Minute Physics-in yaradıcısı Henry Reich fizikayla bağlı mövzuları açıqlamaq üçün hazırladığı şəkilləri time lapse texnikasıyla videolara çevirir. Bir azdan izləyəcəyiniz videoda isə yağışda qaçmanın yoxsa gəzməninmi bizi daha quru tutacağı sualına toxunmuşdur.

Reich bu çox köhnə problemin cavabını tapa bilmək üçün paralelogramlardan və cəmi islanma miqdarı kimi tənliklərdən yola çıxaraq analizlər edir. Minute Physics videosu bu problemin cavabını elmi olaraq açıqlaya bilmək üçün edilən ilk cəhd deyil.

The Discovery Channel nəşr olunan Mythbusters adlı proqramın bir hissəsində süni şərtlərlə edilən bir təcrübədə gəzmənin qaçmaqdan daha yaxşı olduğu nəticəsinə varmışlar. Ancaq bu bölüm izləyənləri təmin edə bilməyincə The Discovery Channel qrupu eyni təcrübəni gerçək yağışla təkrar etmiş. İkinci sınaqda qaçan adamın gəzən adama görə ortalama 4 qram daha az islandığın nəticəsinə varmışlar.

Xüsusilə qısa məsafələrdən bəhs ediriksə bir az məşq pis olmaya bilər. Əslində buna təşviq etmək üçün fizika qaydalarına, təcrübələrə ya da formullara ehtiyacımız olmamalıdır. Yenə də bəlkə bu kiçik video bir az daha sürətlənmənizi təmin edə bilər.


yasilelm.blogspot.com


... dəfə oxunub
Qiymət: 7/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
4+21=
Hesaba giriş
Müəllif

Elnur Əzizov
Haqqında

Əlaqə
E-mail:
elnurazizov90@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0336 saniye