Yalan danışmayın...
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 03:53 14 yanvar 2013 tarixində əlavə olunmuşdur

Uşaqkən bizə deyilən çox az söz var ki, onlara ömrümüzün sona qədər inanmalı və əməl etməliyik. Yalan danışmayın... nə olur olsun... Amma ona görə yox ki, yalan ən böyük günahdır və məhşər günü buna görə cəzalandırılarsınız. Ona görə ki, siz yalan danışaraq kimisə cəzalandırırsınız. Kiminsə gələcəyini çürük bir bünövrədən qurmasına səbəb olursunuz. Bəlkə də elə buna görə yalan ən böyük günahlardandır...

 

Yalan danışmayın... amma yalan danışanda da dürüst olun. Heç olmasa yalan dediyinizdən sonra üzünə deməyə üzünüz gəlmirsə belə, halbuki yalan söyləməyə üzünüz gəlmişdi yalan dedim deyə bir mesaj yazın, kimləsə xəbər göndərin. Bilsin həmin adam ona yalan dediyinizi.

 

Gözlərə baxanda yalan söylənməz sanarıq. Bir ürəkdən yalan demək keçib dilə gəlirsə o ürəyi əks etdirən gözdən nə gözlənir ki? Gözlər yalan deməz, gözlər danışmaz, gözlər sadəcə ürəydən dilə gəlməyənləri göstərər... Yalana qədər alçalan bir ürəyin güzgüsü heç nəyi düz göstərə bilməz...

 

Yalan danışmayın... və nə qədər ki, gec deyil yalanla uçuruma yuvarladıqlarınızı xilas etməyə tələsin... Yalanla qisas alamayın...

 

Yalandan uzaq olun... həqiqətə yaxın olmaq üçün... haqqa yaxın olmaq üçün... Allaha yaxın olmaq üçün...  


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
2+25=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0232 saniye