yalanları hər səhər çaya qatıb içirəm,
həqiqət bir az tünddür,acıdır,
onu da şərabla,
gecələr aya qatıb içirəm.
təklik o qədər bütövdür ki,
bölünmür heç neyə,
cavab yoxdur.
sayıram nəbzimin döyünməyin,
onları saya qatıb içirəm.
kündələyib qələmlə vərəqlərimin üstünü,
masa üstü toz,
üfürüb bir az da söz,
maya qatıb içirəm..