Yalnız getmək
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 09:14 26 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Sən mənə yalnız xəritələrdə yaxınsan
Məsələn, iki ən yaxın barmağım qədər.
Yeddinci fəsildir artıq, yoxluğuvu qeyd edirəm
Pəncərəmdən növbəti yarpağın düşməsinə sənsiz baxıram.
Hərdən gözlərim, yağış damlasına çevrilir
Hərdən sözlərim, yalnız xəyallarda ölür.
Gedişivi yalnız mən izlədim, 
Çünki gedənlər, öz gedişini heç cür izləyə bilmirlər...

Həyətimdə bir ağac var idi, sən sulayardın
Onu sanki mənim üçün böyütdün və getdin,
Axı mən ondan asılmaq istəmirəm.
Onsuzda, sən getdiyin gündən bəri
Mən hər axşam sözlərimdən özümü asıram.
Sən səhərlərimin günəşi idin
Amma indi mənim səhərlərim yoxdur,
Sən heç günəşsiz səhər gördünmü?!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+18=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0229 saniye