Yaltaqlana bilmirəm! Gülnarə İsrafilqızı
gulnare israfilqizi tərəfindən "Şeir" bolməsinə 21:00 15 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Yaltaqlana bilmirəm,
Yaltaqlıq itə yaraşır.
Tüklərin arasında,
Böyüyən bitə yaraşır.

Yaltaqlana bilmirəm!
Yediyim halal tikədir.
Mənim tikəm lap balaca,
Yaltağın yemi yekədir.

Yaltaqlana bilmirəm,
Qürurumu didib yeyir.
İsmətim öz hicabını,
Yaltaq qısa ətək geyir.

Yaltaqlana bilmirəm,
Beş arşın ağ daşıyıram.
Yaltaq zər-ziba içində,
Kəfənimdə yaşayıram.
Yaltaqlana bilmirəm!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0243 saniye