Yalvarma mənə!
Turqay İbrahimli tərəfindən "Şeir" bolməsinə 02:03 27 iyul 2017 tarixində əlavə olunmuşdur

Gedirəm sevgili canan, daha yalvarma mənə!

Eyləmə bağrımı al-qan, daha yalvarma mənə!

***

Mən sənin səri-kuyində dolanıb eşq dilədim,

Vermədin sən mənə imkan, daha yalvarma mənə!

 ***

Əğyara meyl elədinsə, geriyə yoxdu yolun!

Olsan da min kərə peşman, daha yalvarma mənə!

***

Səbrimin kasəsi doldu gözəlim, bitdi bu iş,

Get deyir ol dəli şeytan, daha yalvarma mənə!

***

Mənim hər bir qəzəlim tək sənə aiddi gülüm,

Yoxdur artıq o qəzəlxan, daha yalvarma mənə!

***

Birtəhər səbr edərik ayrılığın atəşinə,

Bizi yandırsa da hicran, daha yalvarma mənə!

***

Turqayam, mən səni tərk eyləmişəm birdəfəlik,

Vermişəm qəlbimə fərman, daha yalvarma mənə!


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+21=
Hesaba giriş
Müəllif

Turqay İbrahimli
Haqqında
Hüquqşünas-politoloq
Əlaqə
Tel.:
050-244-94-79
E-mail:
turqay@live.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0314 saniye