YAMANLIQ HƏR YANDA BAŞ ALIB GEDİR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 18:37 08 dekabr 2018 tarixində əlavə olunmuşdur

İndi hər yetənə inanmaq çətin,

Dəyəri qalmayıb daha hikmətin...

Çoxu “malalayır” gizli xislətin.

Yamanlıq hər yanda baş alıb gedir.

 

Haqdan əl üzülsə öləziyər səs,

Nəfsi “cilovlamaq” əbəsdir, əbəs...

Həccə “titul” üçün ayaq basan kəs,

Şeytandan bir ətək daş alıb gedir.

 

Mənlik əşya deyil, satın alasan,

Məddahlıq, yaltaqlıq indi çox asan!

Gərək hər vaxt ayıq-sayıq olasan,

Zənn etmə dərd-bəla boşalıb gedir.

 

Seymur, ayağından dartsa da nadan,

Sənə arxa-dayaq olub Yaradan!

Kim nə aparır ki axı, dünyadan,

Çoxu günahına qoşulub gedir.

 

 

MÜƏLLİ:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+33=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0503 saniye