Yandırın ol şəmi,mehmanım gəlir,
Təxtimin hakimi sultanım gəlir.
***
Xeyli vaxtdır dözdüyüm fərağına,
Əhdinə sadiqi peymanım gəlir.
***
Can deyib,can eşidib ayrılmışıq,
Canımın bir parəsi,canım gəlir.
***
Mən necə çıxmaz olum pişvazına,
Eşqimin oduna yananım gəlir.
***
Çox rica etdim.adın de Mövluda.
Gizlədib ismini pünhanım gəlir.
4.07.2014.Zərdabi.mövlud Ağamməd.