Yandırın şəmi gecə, çün vəsli-canan gecədir...
Yandırın şəmi gecə,çün vəsli-canan gecədir,
Gül üzün şölə saçır,hər yan çıraqban gecədir.
****
Məclisi-meyhanədir,saqi,dolandır meyini,
Olmuşam məsti-xumar,yar mənə mehman gecədir.
***
Qissseyi-Yusif olub dərdim,əlac qəmhanədir,
Etmişəm könlüm evin məhbəsi-zindan,gecədir.
****
Et gülüstanə güzar,cənnət olar hər tərəfin,
Yar yanında hər dəmim rövzeyi-rizvan,gecədir
***
Etsə gər tərki-yarın Mövlud edər naleyi-zar,
Qalxacaq ərşi-müəllayə bu əfğangecədir.
20.10.2014.Mövlud Ağamməd.Zərdabi.