Yanımda ol
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 17:38 30 mart 2015 tarixində əlavə olunmuşdur

Bir bacım vardı. Həyatı boyunca məni özündən uzaq tutdu. Mən onun üçün bir bacı deyil, adətən bir rəqib idim. Ən çox da anamı mənə qısqanırdı. Məni kiçik düşürmək üçün, yaralamaq üçün hər şeyi edərdi. Heç bir dərdimi paylaşmazdım. Gülümsəməyimə, xoşbəxt olmağıma dözə bilmirdi. Güldüyüm zamanlarda ağlatmaq üçün, bədbəxt etmək üçün əlindən gələni edirdi.

15 yaşındaydım. Onun səbəb olduğu qəzayla ölümdən döndüm, xəstəxanalarda əməliyyat oldum. Yenə də yanımda yox idi.

Sadəcə maddi deyil, mənəvi olaraq böyük itkilərə məruz qaldım. Yenə də rahatlamadı.

Heç anlam verməzdim, özümü günahlandırardım.

İllər sonra hər şeyin səbəbini bir cümlə ilə anladım. “Bu, doğduğu gün həyatım bitdi” deyirdi başqasına və bunu eşitdiyimdə hər şey anlam qazandı. O böyük qısqanclığın, ondakı qəzəbin heç vaxt bitməyəcəyini və bütün pisliklərinin səbəbini o an çözdüm.

Artıq onunla görüşmürəm.İki il oldu və bir daha məni görməyəcək. Həyatımdan onu tamamilə çıxartdım.

Amma bugün oxuduğum hekayənin onun da oxuyub utanmasını istəyirəm. Göz yaşlarımın durmadan axmasına səbəb olan hekayə...

“Aliyə xaricdə təhsilini başa vurub qayıtdıqdan sonra qardaşının evdən ayrıldığını eşidir, bundan atasını səbəbkar tutur. Ondan xəbər gözləyir, itkin qardaşının axtarışına çıxır, yemir-içmir, əsəb sistemi pozulur, müalicə alır. Qardaşı bir məktubla ona xəbər göndərir ki, özünə yaxşı baxsın, geri dönəcək.

“Səni və anamı öpürəm, atama isə nifrət edirəm. Mənim azadlığımı istəmirdi, evdə səs-küyün olmasını istəmirdi, mənim gitara çalmağımı istəmirdi.”

Ailəsi isə ondan böyük acını gizlətməkdə israrlıdırlar. Məktubları yazan qardaşı deyildi, atası idi. Özünü günahkar sayırdı. Qızının həyatda qalması üçün yalan danışırdı.

“Hə, mən beləyəm, qəddar ata olmuşam oğluma qarşı. İstəmirdim küçələrdə avaralansın, gəncliyini sərsərilərlə birgə keçirsin. İşləməyini, adam balası olmasını tələb edirdim ondan. Başqa sözün?”

Atanın başqa çıxış yolu yox idi. Çünki Aliyənin qardaşı motosikl qəzasında dünyasını dəyişmişdi. Bacı qardaşına həddindən artıq bağlı idi. Onun ölümü ilə əsla barışmazdı.

Aliyə bundan heç vaxt xəbər tutmayacaqdı bəlkə, amma qardaşının ona yazdığı və bəstələdiyi mahnını dinləməklə onun geri qayıdacağına inanmağa davam edir.

 

İrəliyə atacağın hər addımda,

Qarşına çıxacağın hər problemdə,

Mən olacağam sənin yanında.

 

Yürüdüyün küçənin ortasında,

Əvvəllər olmadığın məkanda,

Mən olacağam sənin yanında...”

 

 

 


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+10=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0306 saniye