YANMAZ BELƏ YANMAQ İLƏ PƏRVANƏ DÜNYADƏ.....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 20:35 02 yanvar 2015 tarixində əlavə olunmuşdur

YANMAZ BELƏ YANMAQ İLƏ PƏRVANƏ DÜNYADƏ

Yanmaz belə yanmaq ilə pərvanə dünyadə,
Olmaz belə olmaq ilə peymanə dünyadə.
****
Gəz,seyr elə güllər ara axtar öz yarını,
Sanmaz belə sanmaq ilə divanə dünyadə.
***
Öz sevgimi dustaq elədim,sən oldun hakim,
Salmaz belə salmaq ilə zindanə dünyadə.
****
Çıxmış yola qəm karvanı,gözlətmə sarvanın,
Çatmaz belə çatmaq ilə karvanə dünyadə.
***
Mövlud biləcək kimdi yıxan könlün evini,
Yıxmaz belə yıxmaq ilə viranə dünyadə.

6.09.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+20=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0373 saniye