Yansan oda pərvanə kimin yan, o da yansın
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:57 31 yanvar 2016 tarixində əlavə olunmuşdur

Yansan oda pərvanə kimin yan,o da yansın,
Yanmaq ilə şam can edə qurban oda,yansın.
***
Sordun,yenə həsrət dolu gözlər kimi gözlər,
Söylər,ola canan mənə mehman,oda yansın.(1)
***
Yoxdur mənə tən eyləyənin zərrəcə ağlı,
Kim istəsə möhnət ilə hicran,o da yansın.
***
Məndən sora əhvalımı,bilməm nədi dinclik,
Sənsən dedilər dərdimə dərman,o dayansın.
***
Yandıqca yanır,çün oda möhtacdı bu qəlbim,
Siz Mövluda tən eyləməyin kim o dayansın.(2)

1.otaq 
2.daha anlasın

15.04.2015.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0264 saniye