Yansan oda pərvanə kimin yan,o da yansın,
Yanmaq ilə can etdisə qurban oda yansın.
***
Tən eylədi bədgu mənə güldükcə xəlayiq,
Çün istədilər eşqimi pünhan oda yansın.
***
Yetdikcə Kərəm vəslinə dildən dilə düşmüş,
Olsun dedilər qətlinə fərman,oda yansın.
***
Çox çəkdi bu möhnət,demə aşiqlərə bəsdir,
İstər nə qədər ol güli-xəndan,oda yansın.
***
Yanmaq ilə sən vəslinə yetmək dilə,Mövlud,
Bilgil,şəmə yanmaqdadı dərman,oda yansın.
17.05.2015.Zərdabi.Mövlud Ağamməd.