Yansan oda pərvanə kimin yan, o da yansın
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 19:11 28 fevral 2016 tarixində əlavə olunmuşdur

Yansan oda pərvanə kimin yan,o da yansın,
Yanmaq ilə can etdisə qurban oda yansın.
***
Tən eylədi bədgu mənə güldükcə xəlayiq,
Çün istədilər eşqimi pünhan oda yansın.
***
Yetdikcə Kərəm vəslinə dildən dilə düşmüş,
Olsun dedilər qətlinə fərman,oda yansın.
***
Çox çəkdi bu möhnət,demə aşiqlərə bəsdir,
İstər nə qədər ol güli-xəndan,oda yansın.
***
Yanmaq ilə sən vəslinə yetmək dilə,Mövlud,
Bilgil,şəmə yanmaqdadı dərman,oda yansın.

17.05.2015.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+28=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0338 saniye