Yara (ardı)
cəmilə tərəfindən "" bolməsinə 19:57 24 iyun 2014 tarixində əlavə olunmuşdur

-Birşey soruşa bilərəm?

-Əlbəttə buyur.

-Niyə hərkəs gedir?

-Anlamadım

-Niyə həyatımza girən hərkəs tez ya da gec gedir?

-Bunu izah edərəm amma elə bilmə ki mən tam doğrunu deyirəm.Hərkəsin öz fikirləri var qızım.Amma yenə də dinlə

-Buyur 

-Ömrümüzdən hərgün bir gün daha əksilir.Biz yaşımız artdı deyə sevinərkən əslində biraz daha ölümə yaxınlaşırıq.Ölüm!O bilirsən mi necə soyuqqanlıdır.O sevdiklərimizi elə rahatlıqla əlimizdən alır ki.Bəzən bezdiklərimizi belə.Düşünki bir zamanlar həyatına girmiş biri öldüyünü duysan nə edərsən?

-Yəqin ki o qədər də təsir etməz.Amma yenə də əgər məndə bir ağrı qoyub gedibsə, yəqin ki biraz o yara yenidən sızlayar.

-Görürsən?Bəzi insanların sevgisi yağışdan sonrakı torpaq qoxusu kimidir.Ancaq ildırım çaxdıqdan sonra yağış yağar.Yəni bizi incitdikdən sonra hələ də sevməyə davam edərik.Bəzilərininki isə kitab qoxusu kimidir.Məsələn anamız.O kitabın vərəqlərini açdıqda ciyərlərinə dolan qoxu var ha.Onsuzda hər insan bir kitabdır.Nə deyirdim unutdum.Ölüm deyirdim.Amma sevdiyin bir insanı ölüm əlindən alsa Allaha isyan edərsən,üzülərsən,hətta bəlkə də onun bütün sənə çəkdirdiklərini unudarsan,özünə əzab verərsən.

-Yəni deyirsənki, Allah məni sevir?

-Yəni ki, əgər o insan səni gələcəkdə ya həqiqətən üzüb dərin yaralar buraxacaqdı, ya da ölüm onu sənin əlindən alacaqdır.Niyə belə düşünmürsən?

-Amma bəzi insanları unutmaq olmur.Onlara olan bağlılıq.

-Bu həyatda edə biləcəyin ən böyük axmaqlıq bağlılıqdır.Çünki dünyada bu qədər gözəllik varkən sən tək bir varlığa, bəzən əşyaya,musiqiyə,şeirdəki bir misraya,kitabdakı bir cümləyə bağlanarsan.Halbuki həryeni axtarışda sən özünü bir başqa yerdə taparsan.Yəni bağlanma.Sadəcə sev,qoru,incitmə.

-Bəs o məni incitsə?

-Bağlılıq yoxdursa bunun sənə təsiri keçici olar əmin ol.

-Bilmirəm beynim qarma qarışıqdır.Çox yorulmuşam.

-Yorulduğunu hiss etdiyin an kənara çəkil.Çünki bundan istfadə edib səni əzə biləcək insanlar çoxdu.Niyə yorğunsan?

-Bilmirəm ki.Yaşadıqlarımdan yəqin

-Əmin ol yaşadıqca bu nəymiş ki deyəcəyin şeylər çox olacaq.Həyat insana hərgün bir yeni üzünü göstərir.

-Bəs gözəl üzlərini niyə gizlədir?

-Hara baxdığın yox nə gördüyün önəmlidir.Unutma bunu.Sən görmək istədiklərini görürsən həyatda.

-Təkəm.

-bu gözəldir.

-Təklik Allaha məxsusdur deyirlər amma.

-Allahın təkliyi tamam başqa mənadır qızım.O sadəcə onun varlığının tək olduğunu göstərir.Əgər bu söz deyilməsəydi insanlar ona şək qoşacaqdılar.

-Təklik hissedilən birşeydir səncə?

-Həyatda ən çətin an onu hiss etməkdir.

-Bəs neynəyim.

-Səbr et.Gün gələcək sən də əslində nə qədər çox olduğunu anlayacaqsan.

-Son bir sual.Səncə insan nə vaxt birini qarşılıqsız sevə bilər?

-Özünü sevəndə.


... dəfə oxunub
Qiymət: 5/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
10+12=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0251 saniye