Yara
cəmilə tərəfindən "Hekayə" bolməsinə 18:06 22 iyun 2014 tarixində əlavə olunmuşdur

 

“-Bilirsən mi, insanlar çox dəyişilib.Yaşadıqları  yerdən bezib çoxu.Gözlərdə sevgi get gedə yox olur.Yerini şübhə alır,qorxu alır.İtirmək qorxusu alır.Bəzilərində bağlanır qəlb gözü.Görmək çətinləşir qarşısındakının dünyasını.Axı bürünüb öz çirkli əməllərindən gözləri.Necə doğru yanaşa bilər qarşındakı o insana?!Ona görə get gedə uzaqlaşır insanlar bir birindən.Və sonda dostuqlar adiləşir,sevgilər adiləşir,sevgililər adiləşir.Bu bəsit dünyada kimə dərdini danışmaq istəsən özünü yüksəkdən aparır.Hərşey-vicdan,şərəf,ədalət belə ucuzdursa,niyə özünü dəyərli sayır bu insanlar?!Kimdən niyə fərqlənirik ki?!Kimi qınayırıq?!Öz gözümüzdə tiri görməmək bizə atalardan mı qalıb görəsən?!Hərkəs gülür mənə.Sənlə danışa bilmərəmmiş.Sanki onlara anladsam dərdimi anlayacaqlar.Sanki anlasalar sarılacaqlar.Sən belə daha istisən onların qollarından.Dəli deyirlər mənə.Sanki özləri çox ağıllıdırlar.Bu həyat mənə nə öyrətdi bilirsən mi əziz dostum?!Hərkəs dinlər ama heçkəs anlamaz.Düzün desəm bunları da unudacam.”

-Aylardır belədir.Hərgün bu skamyada oturuub,bu itlə saatlarla danışırmış.Kimsəyə də zərəri yoxdur heç.Arada uşaqlarla oynayır.Sonra biraz ağlayır.Sonra da birinə yaxınlaşıb ondan bizə zəng etməsini istəyir.Gəlib onu burdan alırıq.Hərgün eyni yerdə, eyni ifadəylə.Bəzən məni otağına çağırır.Yanına otuzdurub,saatlarla saçlarımı oxşayır.Atama bənzədirəm onu.Onun əlləri kimi kobuddur ama saçlarım arasına girdikdə elə sığallayır ki onları.Mən bu adamı öz evimə aparmaq istəyirəm, yoldaş Nail.

-Başa düşürəm, qızım.Amma bu adamı evə aparmaq təhlükəlidir.Yadındadırsa bu insan alzehimer xəstəliyi ilə gəlib bura.Yaddaşını tez tez itirir.Bəzən özünə belə zərər verəcək həddə gəlirmiş övladları belə deyir.

-Yoldaş, mən onun övladlarını dinlədim.Onlar heç biri bu qocaya yaxın durmurlar.Mən istəyirəm ki, onunla yaşayım.Kiçik bir evim var.

-Bəs onun övladlarına nə cavab verəcəyik?

-Mən onlarla danışmışam.Hətta yaxşı qulluq etsəm mənə kömək də edəcəklərmiş.

Sevincək otağa getdim.Nəhayət müdiri razı sala bilmişdim.Amma bir problem vardı.Bunu hələ Miri dayıya deməmişdim.Bəlkə də qəbul etməyəcəkdi.Heç tanımadığı bir insanın yerinə keçmək istəməyəcəkdi bəlkə də.Özünü mənim yanımda yad hiss edəcəkdi.Bu adamla heç danışmamışdım.Səsini belə bilmirdim.Otağına çağırdıqda da sadəcə əl hərəkətləriylə bir birimizi anlayardıq.Bilmirəm.Ona deməliyəm.

Otağa yaxınlaşdım.Gözlərimə inana bilmədim.Miri dayı öz əşyalarının hamısını pəncərədən tullamışdı.Mən onun otağına gələrkən səs küy eşitmişdim amma fikir vermədim.Burda nə olurdu?!

Yaxınlaşıb əllərindən tutdum,öpdüm,sonra bərkə qucaqladım.Məni də itələyə bilərdi.Amma qorxmamışdım.Hətta bu haqda düşünmədim belə.Güc bəla sakitləşirdim onu.

-Nə olub?

-O öldü

O qədər sakit səslə danışırdı ki anlamırdım.

-Kim?

-Övladım

Axı necə ola bilər.Bu insanın tək övladı onunla əlaqədədi, o da 1 saat əvvəl sağ idi.Ölüm qaşla göz arasındadır deyə düşünərkən:

-Övladım öldü.Balacam öldü.Məni dinləyən o varlıq öldü.

-Kim?

Əlimdən tutdu.Sanki birdən qüvvət gəldi qollarına.Yol kənarında bir yerdə maşını dayandırdı.Aşağı düşdüm.Bəlkə də yanılırdım.

Əlini uzadıb bir iti göstərdi.Övladım dediyi bu itmiydi?Bu yəqin o məşhur itdi

-Gəl gedək , dedim

-Yox.Onun gözlərinə bax.

-Anlamıram.Gəl gedək burdan.

-Yox.Gedə bilmərəm.Onun gözlərinə bax.

Birtəhər itin gözlərinə baxdım.Dəhşətə gəldim.Biri itin gözlərini oymuşdu

-Bu necə oldu?

-Onu mən etmişəm?

-Necə?

-Tanımadım onu.Burda onu gözlərkən onu tanımadım.Bıçaq vardı əlimdə.Ona gətirdiyim əti böləcəkdim guya.Mən öz övladımı öldürdüm.

-Anlamıram bunu mənə niyə dedin?

-İnsanlar da belədir.Ona güvənən insanları bilərəkdən məhv edirlər.Elə zərbə vururlar ki bir daha heçnəyi görə bilmirsən.

Sonra bir yerdə oturduq.Yenə qucağına aldı başımı.Saçlarımı sığalladı.Hərşeydən xəbərim var dedi.Bilirdim ki məni evinə aparacaqsan.Amma olmaz.Sənə zərər yetirə bilmərəm.Çox sağol qızım.Çox sağol ki məni anladın.Amma mən bunu bir də edə bilmərəm.(ardı var)


... dəfə oxunub
Qiymət: 5/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
4+14=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.044 saniye