Yaradana yalvar (əhdinə dönüklərə)
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 17:29 24 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Düşüb ayaqlarıma
yalvarma, daha bəsdi,
İlan dili çıxarıb,
yalvarmağın əbəsdi. 

Bəhanə axtarırsan
mənə söyləmək üçün,
Sənin bəhanələrin
çoxdan çəkibdi köçün. 

Döy başını divara,
ağrıyacaq, uf demə.
Tərifləyib özünü
Büllur demə, saf demə. 

Sən çirkaba batmısan,
özün yaxşı bilirsən.
Getdiyin o yolları
peşmanlıqla dönürsən. 

Sonrakı peşmançılıq
kimə fayda veribdir?
Kim nə toxum əkibsə,
ondan bəhər dəribdir. 

Yanıbdı o körpülər,
necə qayıdacaqsan?
Sən qəlbimdən getmişdin,
heçə qayıdacaqsan. 

Yaradana yalvar sən,
O, bəlkə bağışladı.
Sən gedəni mənimçün
başqa həyat başladı.


... dəfə oxunub
Qiymət: 9/10(996 səs)
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0321 saniye