Həm Varı Həm də Yoxu bir olan ALLAH YARADIB
 Həm yeri həm  göyü nizamla MÜSƏLLAH YARADIB
 Qibləsin Bilməyən hər  bəndə ibadət eləməz,
 Kəbəni Tanrı onunçün bizə dərgah yaradıb.
 Allah heç yolda bəşər əhlini tənha qoymaz,
 Hara getsə yenə öz kölgəsin həmrah yaradıb.
 Yaradıb Tanrı bu dünya kimi zindanı nədən?!,
 Ki, gəlib Adəm olunsun deyə islah - yaradıb.
 Bizə çatmazsa da Quranda yüz on dörd ayə,
 Gər ki, hər elminin hər sirrini agah yaradıb.
