Yaradıcı olmaq üçün nələr etməliyəm?
Aysel Məhərrəmova tərəfindən "Digər yazılar" bolməsinə 14:07 12 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Qeyd etməyi unutmayın: Gördüyünüz maraqlı şeyləri, qəribə anları, fərqli mənzərələri qeyd edin. İşinizə yarayıb-yaramayacağını düşünmədən yazın hər şeyi. İdeya axtarışında olduğunuz vaxt bu qeydlər çox köməyinizə çatacaq.

Yeni üsullara əl atın: Peşəniz yazmaqla bağlıdırsa, çalışın, fərqli məşğuliyyətlər tapasınız. Məsələn, rəsm çəkin, yaxud riyazi məsələlər həll edin, yəni bir növ beyninizi başqa səmtə yönəldin.

Yenilikçi olun: Yemək bişirəndə, iş görəndə, sevişəndə yeniliklərə açıq olmaq, “ilk”i sınaqdan keçirmək həmişə təzə fikirlərə qapı açır. Yeniliklərdən qorxmayın.

Gülmək: Birlikdə gülə bildiyiniz dostlarınıza gözünüz kimi baxın. Vacib olan təkcə gülməyin faydaları deyil. Güldürmək bacarıqdır. O dostlarla ən adi söhbət belə içinizdə qığılcımlara səbəb ola bilər.

Musiqi dopinqi: Özünüzü xoşbəxt hiss etdiyiniz vaxtda xoşbəxtlikdən bəhs edən mahnı dinləməkdən gözəl nə ola bilər? Əmin olun ki, bu, sizə fərqli əsər yaratmaqda əvəzsiz kömək göstərəcək.

Tualetdə mütaliə: Aqata Kristi detektiv romanlarının süjetini qab yuyarkən tapdığını deyirdi. Görünür ən gözlənilməz yerlərdə ağlınıza yeni ideyalar gələ bilər. Məsələn, tualetə gedəndə özünüzlə kitab, jurnal və ya elə qeyd dəftəri götürməyi unutmayın.

Gizli bir işlə məşğul olun: Qanunlar daxilində əlbəttə… Özünüzə məxsus bir hobbi, məşğuliyyət tapmaq elə də çətin deyil. Bu gizli işinizi heç kimə deməyin, tək vaxt keçirməyə çalışın.

Çox gəzin: “Çox oxuyan, yoxsa çox gəzən çox bilər?” sualı az qala yumurta-toyuq məsələsi qədər qədimdir. Əlbəttə ki, hər ikisi insana əvəzsiz təəssürat bağışlayır, amma çox gəzənin gördükləri bir başqadır… Səyahət etmək sizi dəyişdirəcək. Yeyib-içdiklərinizi deyil, gördüklərinizi danışın.

Nostalgiya: İşiniz nə olur-olsun, onun keçmişi ilə maraqlanın. Dizaynerlər keçmişin dəbinə, reklamçılar köhnə reklam üsullarına, mühəndislər orta dövr çertyojlarına baxsın.

Oyun oynayın: Kart da olar, Play Station da...Yetər ki məntiqinizi işlədib öz qaydalarınızı tətbiq edəcəyiniz oyun olsun. Bu cür oyunlarda qələbə qazanmaqdan daha həvəsləndirici nə ola bilər?!

Hazırladı: Rəna Nevzat


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+20=
Hesaba giriş
Müəllif

Aysel Məhərrəmova
Haqqında

Əlaqə
E-mail:
meherremova115@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0323 saniye