Yarım, həqiqi sevgimi sanma....
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 16:51 16 yanvar 2015 tarixində əlavə olunmuşdur

Yarım, həqiqi sevgimi sanma həvəsimdir.

Bu sevgi məni var eləyən tək nəfəsimdir.

 

Bir an belə olsa məni salma nəzərindən.

Sənsiz yaşasam dünya sərasər qəfəsimdir.

 

Mən təkliyi seçdim, vəli tək olmamışam, çün

Təklik mənə həmdəm və mənim doğma kəsimdir.

 

Cinan, sənə ilham pərisi söylə: - nə lazım?

Canan mənə camalını göstərsə, bəsimdir.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+29=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0232 saniye