Yarpaq ağacdan bezibsə
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 22:48 11 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Yarpaq ağacdan bezibsə,
Payız - xəzan bəhanədir.
Ümidin ondan üzübsə,
Bəlkə dəli - divanədir? 

Yorulubmu, usanıbmı
Yerə həsrət çəkə - çəkə.
İsti yerin tərk eləyib,
Bu etiraz, üsyan bəlkə? 

Saralmağı  - solmağı da
Yəqin bezmək əlaməti.
Bəlkə də bu ayrılmağı
Tərk etməkdir əsarəti. 

Nəvaziş yox, bir qayğı yox,
Bu həsrətin rəngi sarı.
Bəlkə elə bu ayrılıq
İtirməkdir etibarı.


... dəfə oxunub
Qiymət: 9/10(999 səs)
[qiymət ver ]
Şərh yaz
4+16=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0397 saniye