YAŞA ŞAİR
Yazıram şeirimi ruhum dincəlir,
Qəlbim çağlayır könlüm əylənir,
Çoxları oxuyub dinib söyləyir,
Yaşa Şair.
Kəlmələr varağa düzülür aram,
Qələmlə yazdığım sözə ortağam,
Söyləyir məntiqi mənanı duyan
Yaşa Şair.
Sözlərə vurğunam əzəldən belə,
Düşmüşəm ağıza düşmüşəm dilə,
Lazımsan Vətənə,obaya elə.
Yaşa Şair.
Məhəbbət eşqlər var kəlamlarında
Məcnuna tay oldun səhralaraında,
Duyğulu duyumlu hər anlarında
Yaşa Şair
Şairin kəlməsi dəniztək coşar,
İlhama gələndə yaradar qoşar,
Sözlərdə daima anılar yaşar
Yaşa Şair
P.S 05.İYUN ŞAİRLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ Bütün Şair və Şairələri Təbrik edirəm . Daima yazıb yaradasız. Müvəffəqiyətlər arzu edirəm.Təbiniz daima rəvan olsun .
MÜƏLLİF SEYMUR SÖNMƏZ