Yaşam təqvimdəki aylara bənzər
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 19:49 20 dekabr 2016 tarixində əlavə olunmuşdur

YAŞAM TƏQVİMDƏKİ AYLARA BƏNZƏR

 

Həsrət saçlarıma dən salıb artıq, 
Başım qar bürümüş dağlara bənzər. 
Biz vüsal tapmamış,hicranı tapdıq, 
Xəyal al-əlvanlı bağlara bənzər. 

Nədir bəs  məhəbbət dadmayan deyər? 
Kimi ümüd ilə vaxt gələr söylər, 
Ömür də illərlə  günbəgün ötər, 
Zaman əl çatmayan yollara bənzər. 

Ümidlər cücərər, ümidlər bitməz, 
Gələn bu dünyaya yenidən gəlməz, 
Yaxşılar köçsədə qəlbdən silinməz, 
Yamanlar dillərdə vaylara bənzər. 

Çaqqallar şəhərdə meşə salıbdır, 
Dovşanlar maşallah ad,san alıbdır, 
Aslanın başınnan tülkü basıbdır, 
Gördüyüm qəribə hallara bənzər.

Həyat bir məktəbdir imtahanı var, 
Qiymətin əməllə sonda yazılar, 
Kim gələr,kim gedər,kimisi qalar, 
Yaşam təqvimdəki aylara bənzər.

Seymur itirməyib xəyallarını,
Saxlayıb sabaha arzularını,
Pozmadan yaşayar düz ilqarını,
Coşsa xatirələr sellərə bənzər.



MÜƏLLİF: 
SEYMUR SÖNMƏZPAŞAYEV
19.12.2016


... dəfə oxunub
Qiymət: 10/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
3+31=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.038 saniye