YAŞAMALIYAM?!
Mehman Rasimoğlu tərəfindən "Şeir" bolməsinə 09:15 13 avqust 2014 tarixində əlavə olunmuşdur

Kim yazıb bəxtimi, yazan nə yazıb?!
Könlümü talanmı yaşamalıyam?!
Zərrə vüsal verir, o da bir anlıq,
Daima hicranmı yaşamalıyam?!

Sel gəldi, süpürdü sevda bağını,
Yerlə yeksan etdi ülfət dağını.
Ömrümün yazını, gənclik çağını
Fırtına, tufanmı yaşamalıyam?!

Ağ dedi bəxtimi, ağ qara çıxdı,
Sağ dedi canımı, dərd, yara çıxdı,
Bütün əməklərim biyara çıxdı.
Ömrümü yalanmı yaşamalıyam?!


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
9+13=
Hesaba giriş
Müəllif

Mehman Rasimoğlu
Haqqında
Mehman Rasimoğlu (Rzayev) 1983-cü il 27 martda Tovuz rayonunda ziyalı ailəsində, aşıq Əsəd Rzayev ocağında anadan olub. A.S. Puşkin adına orta məktəbin birinci sinfinə qədəm qoyub 1993-cü ildə Elxan Məmmədov adına orta məktəbdə təhsilini davam etdirib. 2000- ci ildə həmin orta məktəbin, 2004-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin məzunu olub. 2004-2005-ci ildə “N” saylı hərbi hissədə hərbi xidmətdə olub. Mehman Rasimoğlu tələbəlik illərindən dövrü mətbuatda və almanaxlarda dərc olunur. “İlk məhəbbətim” və" Könlüm məhəbbətin harayındadır"adlı şeirlər kitabının müəllifi, AYB-nın üzvü, Prezident təqaüdçüsüdür.
Əlaqə
E-mail:
mehmandarov@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0231 saniye