Yaşamaq istəyirəm
Elə bil ki,bu dünyada
Arzulara çatmadım mən.
Həsrət məni yordusa da,
Dərdə,qəmə batmadım mən.
Yaşamaq istəyirəm.
***
Neçə bahar yola saldım
Xəzan ilə hey döyüşə.
Razılığı indi aldım
Sevgilimlə ilk görüşə...
Yaşamaq istəyirəm.
***
Həyat şirin,ömür qısa,
Arzularım qalaq-qalaq.
Toya gedək,yoxsa yasa,
Hansı birin yada salaq?
Yaşamaq istəyirəm.
Dekabr 1984.Zərdabi.(Mövlud Ağamməd)