Yaşanılması çətin, amma mümkün olan sevgi...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 15:33 17 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Şəhvətdən uzaq, yalanın sayılması mümkünsüz olan bir rəqəm qədər ötəsində. Səhərləri sevgi mesajları ilə oyanıb, gecələri "yuxusuz qalma, özünə diqqət et" ifadəsilə xudahafizləşəsən. Sübh tezdən gözünü açdığında ilk onun ağlına gəldiyini düşünüb içində bir huzur tapasan. Səni beynində fikirləşən, hər an səninlə maraqlanan biri...

Bəzən adını qoya bilməyəsən hiss etdiyinin. Mədəndə kəpənəklər uçuşduğunun fərqinə varasan. Bəsit olmasın yaşadığın sevgi, ya da adını qoya bilmədiyin hər nədirsə... Sənsiz yaşayamam deyil, səninlə bir başqa yaşayaram desin. Darıxıram deyil, həsrətindəyəm olsun dediyi cümlə. Səninlə doğulmadım, amma qalan həyatımı səninlə quşatmaq istıyirəm deyəcək biri... Yanında olsun, səni qoruduğunu biləsən, hiss edəsən. Bədənini deyil, ruhunu istəsin səndən. Saatları saysın, sənə vardığı an təkrar vazkeçilməzliyini anlasın. Səni yaşatmaq istəsin. Onu tanıyanadək yaşamını sıfırlayasan, onunla bir başqa yaşayasan. Həyatın rənglərini görməyə başlayasan. Səni düşünən bir insan, sənə yad, amma get-gedə doğmalardan daha doğma olan biri... Adını onun dilindən eşitmək, səni andığında gözlərinin gülməsi. Adın indiyədək heç kimdə belə gözəl səslənməmişdi. Ruhunun yeniləndiyini hiss edəsən.

Qorxmadan əlindən tutan biri... Yanındaykən bütün dünyaya meydan oxuyarsan, sənə güvəni, inamı bəxş edər. Əlini bir tutdumu bir daha buraxmayacağını biləsən. Birdə başqası tuta bilməz o əli...

Səni mənimsəyəcək, sahiblənəcək, özününsənmiş, ona aidsənmiş kimi, bir qolu, bir əli kimi özünün biləcək. Sən daha çox aid olduqca o daha tutqu ilə sevəcək. İtirmə qorxusu olacaq, amma əsla itirməyi gözə almayacaq... Mənimsən deyib bağrına basacaq. Sanki ondan əvvəl olmamış, yaşamamış hissini daddıracaq.

Oxşadığı tək şey üzün və saçların olacaq, birdə ruhun... Üzünü ovuclarının arasına aldığında dünyaları görmüş olacaq, saçının qoxusunu içinə çəkdiyində həyata yenidən doğulmuş olacaq. Çox danışmayacaq, gözləri anladacaq hər şeyi. Canım, cicim, həyatım deyil, "gülüm" deyəcək, "varlığım" deyəcək. Qısası, səni səndən ötə sevəcək...

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+21=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0294 saniye