Yaşatmaq həyatı
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 22:03 04 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Mən buludu sevdim, günəşdən qaçaraq
Xoşbəxtliyimi xərclədim, beş qəpiklik sözləri eşidərək.
İndi sən durub mənə kədərdən danışırsan
Heç vecimədə deyil, rəngbərəng göy qurşağı.
Uşaqlıqdan çıxaraq, qocalığa doğru addımlamaq
Öldürmək, yaş asfaltın üstündə gəncliyi öldürmək
Geriyə yol yoxdur, qocalıqda dönüb baxmaq.
Yaşamamaq nəfəs alaraq, kar olaraq sözləri eşitməmək
Cəmiyyətin qüsurlarını, olmayan barmaq ilə saya bilməmək
Çox çətindir yaşatmaq həyatı, dünən ki, kimi dünya dönür.
Söz azadlığı öldürülüb, dirilmir
Hər haqqı deyən ağız, gözləri həbsxanaya qurban verir...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+10=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0361 saniye