Yaşayan ölülər
Tərlan Salahzadə tərəfindən "Oçerk" bolməsinə 22:31 22 noyabr 2013 tarixində əlavə olunmuşdur

Ətrafınızdakı insanları müşahidə edirsinizmi? Kim nə işlə məşğuldur, nələr edir, nələr düşünür və s. Bəlkə bir çoxunuz düşünər ki, başqaları məni niyə maraqlandırsın ki. Amma təfəkkür etmək üçün ətrafımızdakı insanlar çox gözəl mövzudur. Bir ticarət mərkəzinə gedəndə sağınızda, solunuzda gəzən, fərqli söhbətlər edən, fərqli düşüncələri və ya hərəkətləri olan insanlara yəqin ki, diqqət edirsiniz.

Ümumiyyətlə diqqət etməmək mümkün deyil. İstər-istəməz gözünüz sataşır, baxırsınız. Bəziləri çox nəzəri cəlb edən, gözəl geyimlərdə. Bəziləri çox sevincli, şən söhbətə başı qarışıb. Bəziləri tələsir, harasa nəyisə çatdırmağa çalışır. Bəziləri telefonla danışır, ətrafında nələr baş verir, heç görmür də. Baxan kimi də heç tanımadağınız bu insanlar haqqında ağlınızda çox sürətli fikirlər yaranır. Bir anlıq baxışla, əxlaqı, şəxsiyyəti, yaşadığı həyat tərzi haqqında beyninizdə dərhal şəkil çəkirsiniz.

Bəzən bir əyləncə mərkəzindəki insanlar, böyük izdiham halında, sevinc içində, yüksək səslə danışaraq, hər biri diqqət çəkən, bahalı maşınlarına minib ordan uzaqlaşırlar. Bəzən də televizorda gördüyünüz bir verilişin tamaşaçılarının sevincinə, həyəcanına və ya şənlənməsinə şahid olursunuz. Mükafat vermə mərasimləri, musiqi və rəqs yarışmaları, şənlik proqramları ekranlardan şən, həyat dolu, canlı ruhu əks etdirir... Bütün bunlar uzaqdan izlənildikdə insana çox cəzbedici görünür. İnsanlar oradakı sevinci, həyəcanı, həyat dolu, aktiv insanları böyük heyranlıqla izləyir və onlar kimi olmağa həsrət duyurlar.

Həqiqətən də, uzaqdan baxanda necə də canlı, həyat dolu, hərəkətli görüntülərdir...Bir an olsa belə insanın ağlına, bu insanlar arasında yaşayan ölülər ola biləcəyi düşüncəsi gəlməz.

Halbuki, dünyada gördüyümüz bu normal insanlar arasında ölü olanlar vardır...
Yaşayırlar, amma ölü kimi..Hamımız kimi yeyir, içir, işləyir, əylənir, danışır və gəzirlər. Normal insan nə edə bilərsə, onu edirlər. Onları fərqli edən xüsusiyyət ruhlarının bomboş olmasıdır. Bəli, yaşayan ölü adlandırdığım insanlar elə bunlardır...

Lakin bir ölüdən gözlənilməyəcək şəkildə, var gücləri ilə dünyadan yapışırlar. Dörd əli bağlanırlar bu həyata. Üzləri gülür. Paltar, maşın, bəzək-düzək, yemək, içmək, gəzmək kimi ağla gələn dünyaya aid hər cür imkanı maksimum dərəcə istifadə edirlər. Onlar xoşbəxtliyi bunda görürlər. Bütün bunları həyatı daha dərindən hiss etmək üçün edirlər. Bir az xoşbəxt olmaq, bir az sevgi ləzzətini duymaq, bir az yaşayan insanların həyatından, sevincindən dad almaq üçün edirlər. Amma etdikləri əbəsdir..

Nə etsələr də yaşamağın ləzzətini duya bilmirlər, əsl həyatın dadını ala bilmirlər. Bəs bu insanlar kimlərdir? Onlar necə həyatlarına davam edə bilirlər? insanların böyük əksəriyyətinin yanlarından keçəndə fikir vermədiyi bu insanlar ruhən ölü insanlardır. Onlar dünya həyatında bütün zövqləri və gözəllikləri tükədib yox edirlər. Tək bacardıqları budur.

Bunlar, ruhun duya biləcəyi bütün gözəllikləri, zövqləri, xoşbəxtliyi, həyat sevincini və ümidi itirən insanlardır. Yaşadıqları bu həyat onlara da sıxıcı gəlir, daxilən əzab verir. Dünyanı çox sevən, həyatdan zövq almağı ən çox istəyən onlar olduğu halda, bu gözəllikləri itiridiklərinə görə əzabları daha da artır. Bizim bu insanlarla qarşılaşanda gördüyümüz o həyat eşqi ilə dolu, canlı, aktiv insan modeli isə sadəcə aldanışdır...
Həyatlarını, bütünlüklə, professional bir kino aktyoru kimi xoşbəxt insan rolunu oynayaraq keçirirlər. Demək olar ki, hər gün ağıllarında, dillərində "həyatdan bezmişəm", "hər şey mənasızdır", "heç nədən zövq almaq olmur" ifadələri var. Hətta bəziləri bezginlik, sıxıntı kimi səbəblərdən ölməyi, intihar etməyi düşünür. İnsanlar bu hala gəlmələrinin səbəbini də heç bilmirlər. Düşünsələr də, anlaya bilmirlər. Səbəb isə çox aydındır: yaşadıqları bu dərin yoxluğun, əzabın, iztirabın tək səbəbi gözlərini, qəlblərini həqiqətlərə qarşı bağlamalarıdır. Yaşadıqları sevgisizlikdir. Əgər sevginin və gözəlliklərin mənbəyinin nə olduğunu bilsələr, qurtuluş onlar üçün çox asan və sadəcə bir an məsələsi ola bilər.

Bütün zövqlərin, bütün gözəlliklərin mənbəyi Allahdır. İnsanlar bunu dərk edə bilmədikləri üçün əllərindəki nemətlərdən zövq ala bilmirlər. Dünyanın ən möhtəşəm nemətləri içində olsalar belə, həyatlarına hər zaman boşluq, qaranlıq və ruhsuzluq hakim olur. Günlər, aylar, illər keçir. Onlar yenə də sıxıntı içində yaşayırlar. Ruhlarını bu əsarətdən qurtara bilmirlər.

Yaşayarkən ölü kimi olmaqdan xilas olmağın əslində çox gözəl yolu var: Allahı çox sevmək, qəlbi sahib olduqlarımızı yaradan Tək Güc olan Allaha açmaq...
Bunu etdikdə, dünyanın heç bir maddi nemətinə sahib olmasa da, ruh coşğu ilə canlanacaq, sevinc, xoşbəxtlik, hüzur, sevgi həyata hakim olacaq. Allah da bunu vəd etmişdir və O, vədinə heç vaxt xilaf çıxmaz.

 


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
4+34=
Hesaba giriş
Müəllif

Tərlan Salahzadə
Haqqında

Əlaqə
Tel.:
+994555358510
E-mail:
terlansalahzade01@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0487 saniye