yaşıl gözlü sarışın qız
Nicat Həşimzadə tərəfindən "Hekayə" bolməsinə 02:04 10 aprel 2014 tarixində əlavə olunmuşdur
 

Heç bilmirəm , nədən başlayım. Hər şey o qədər anidən baş ver-di ki . Əgər məndən kimsə bu münasibətlər haqqında soruşsa ikicə cümləylə cavab verərəm. Mən onu gördüm və sevdim .

 Günəşin     möhtəşəm    şəfəqləri      yaşıl    gözlərinin  dərinliklərində parlayan  zaman  anladım  -    həyatın  gözəlliyini .  Həmin   anda   bütün   dünyam  dəyişdi.  Lakın  mən   susdum .  Hisslərimi  dilə     gətirməkdən  qorxdum . Bəlkə      də   cəsarətim  çatmadı .  Bəzən     saf   və   tərbiyəli  insan olmağım  bütün  planlarımı  məhv  edir . Kollecdə  tələbə   olarkən də   bu    cür     hadisələr     yaşamışam  .  Qıza      yaxınlaşıb    hisslərimi  bildirənə   qədər başqa  bir  oğlan məni  məğlub   etmişdi  . Bu   dəfə  ya-nılmaq istəmirəm. Sənə sevgi  münasibətləri  təklif  etmirəm.  Sevgi  eh-tirasdan  başqa  bir  şey  deyil. Hətta  əgər  sevgili  olsaq belə ,   səni  öp-mərəm, öz   kirli     dodaqlarımla  məsum    simanı  ləkələmərəm .  Natə-miz   əllərimlə  sənə  toxunmaram. Əgər  hansısa  bir  oğlanı  sevsən  ,  o  sənin   yaşıl   gözlərinə , məsum  simana  baxmaq , sarışın  saçlarına  sı-ğal   çəkmək  əvəzinə  qucaqlayıb  zorla   öpməyə    çalışarsa ,  o   zaman  bil  ki , bu   sevgi   yox,  ehtirasdır . Sənə  əbədi  və  müqəddəs   dostluq  təklifi  edirəm. Heç  zaman bu   qədər  qısa    müddət   ərzində      kiməsə   bağlanmamışdım.  Bilirəm , bəlkə  də   axmaqlıq    etdiyimi  düşünürsən. Amma   inan  ki ,   həqiqəti  deyirəm.   Əvəllər    yanımda   əyləşirdin.  İndisə   məndən   uzaqlaşmağa çalışırsan. Bu  hərəkətlərin mənim  üçün    çox    əzabvericidir .   Qızların  qəlbindəki   sirrləri  anlamaq  çox   çətin-dir.  Hərbi   xidmətə  yollandığım  zaman   sevdiyim  qız  göz  yaşları iç-ində məni  yola  saldı . Ömrü   boyu  mənə  sadiq  qalacağına  söz  verdi. Amma  geri  döndüyümdə  onu  başqa biriylə  qucaqlaşıb   öpüşən    gör-düm. Çox  üzüldüm ,  həm   xəyanətlə   qarşılaşdım,  həm  də   ehtirasla .  Bu  sevgi  deyildi ,  sadəcə  ehtirasdı. Bir zamanlar  məni  sevən qız  indi  aldanırdı .  O   zaman   anladım -  həyatın  vəfasızlığını .  Uzun  müddət  unuda    bilmədim .  Amma   bir   gün qarşıma  bir  qız    çıxdı   və   mən  elə   sevindim ki ,  kədərli   keçmişimi  unutdum.  Yaşıl   gözlü     sarışın qız  ,  o   qız  sənsən.     Düşünürəm ki , bir  gün  hamımız  həyatla  vida-laşacaq,  əbədi   sükuta  dalacağıq. Əgər ölüm bir  həqiqətdirsə ,   insan  həyatına , arzu   və  xəyallarına  son   qoyursa   bəs  nə       üçün  öz   his-slərimi  gizli   saxlamalıyam. Axı  sabah   olmaya da  bilər. Axı  bu  gün  həyatın  son  günü  ola  bilər və mən  son  sözlərimi   demədən  həyatla  vidalaşa  bilərəm. Bu  qədər  qısa   zaman   ərzində bu   cür    bağlanmaq  bəlkə də  dəlilikdir. Nə  bilim ? Amma  bir   həqiqəti  bilirəm  ki ,  əbədi  sevginin  müqəddəsliyini təkcə  qadınlar  dərk  edə  bilər.  Kişilər  üçün  sevgi   şıltaq  bir  həyat    oyunudur .   Kimdənsə sevgi  tələb  etmək  ax-maqlıqdır. Həmin o  kimsə ,     özü   qərar   verməlidir .  Sevgi   hər     an  doğulmur ,   amma     istənilən    anda    məhvə      məhkum ola   bilər .  Bəzən   bütün   çarəsizliklərin  yeganə      əlacı     sevgi     olur  .    Bəzən  çarəsizliklərin  də   tək  bir  səbəbi sevgi  olur.    Amma      məncə   istə-nilən  halda ,  hətta  qarşılıqsız  olsa  belə    bəşər   dünyasının   ən  gözəl  hissi    sevgidir.  O , insana   həssas  olmağı ,  insan   düşüncələrini öyrənməyə      imkan  verir.

Yəqin ki  ,  kursdan   gedəcəm  və    sən     məni  bir  daha   görmək  əza-bına   düçar  olmayacaqsan. Sevgi  yoxsul insanın  zəngin   ruhunda  par-layan  sönməz  ulduzdur. Yaşıl  gözlərin   sevinclə  gülümsəyəndə , kül-ək  sarışın   saçların   dalğalarında   gəzəndə həyat  elə   gözəl   olur    ki.   Hər dəfə gülərüz  simana baxarkən     cənnət  həzzini   duyuram . Amma   başqa  birini   sevdiyini   düşünən  zaman  cəhənnəm   alovunun    həra-rəti  qor-xudur  məni. Sevgi  insanı  təkcə    yaşatmır ,  həm də  əzab  ve-rərək ,  insan  hisslərini ,  qürurunu  alçaldaraq  mübarizə  aparmağı  öy-rədir. Sınmayan  insan  kamilləşə  bilməz.  Sevgi  əbədi   kədər     qarşı-lığında    verilən  müvəqqəti  səadətdir.  Mən  sevgi  yox ,  dostluq  istə-yirəm. Sevgi  əbədi  hiss  deyil ,  sən  məni  tərk  edəcəksən . Əslində  heç  qovuşmamışıq da .  Sevgi  hissləri də  yaşanmadı  aramızda . Həqi-qətən də  sevgi  istəmirəm -  qorxuram .  Amma  bir  ömür  boyu  gözlə-rimi  qırpmadan  sənə  baxmaq  istəyirəm . Sən   gülümsəyəndə   dünya  elə  gözəl olur  ki  və   mən   sənə  baxmaqdan  doymuram . Eşqin  gücü  sarsılmazdır , ona   qarşı  vuruşmaq  çox  çətin  olur . Hətta  qəlbi   -  öz  iztirabları  ilə  məhv etsə də ,  yanaqlardan göz    yaşlarının süzülməsinə səbəb olsa  da  Sevgi bəşəriyyətin  ehtiyac  duyduğu    ən  gözəl   duyğu-dur . Sevmək ,  kiməsə  bağlanmaq  çox  asandır , amma  unutmaq  üçün  bəzən  bir  ömür   yetərli  olmur . Sevgi  qürurun  düşmənidir ,  lakin lə-yaqətsizlik də  deyil . Sevgi  rus  nağıllarındakı yatmış  gözəlin   şahzadə  oğlanın  öpüşüylə  yuxudan  oyanmasıdır .

 

  Heç  özüm də  anlamıram nə üçün  sevgidən  danışıram . Rəhmətlik Ar-istotel qardaş demişkən  sevmək əzabdır , sevməmək isə  öl Bir az  kədərliyəm , bir az da  qəzəbli , amma  inan ki ,  riyakar  deyiləm  mən . İnsan  düşüncələri  ilə  oynamağı  ən  vicdansız  hərəkət sayıram

     Ayın siması  ləkəlidir – mənim   ruhum kimi .  Ulduzlar çoxdur – mənim dərdim kimi . Günəş alovludur – mənim qəlbim kimi – Amma günəşin  şəfəqləri sənin  saçların  kimi  sarışın . Təbiət əsrarəngizdir – mənim  xəyallarım  kimi . Dünya  qarışıqdır -  mənim  düşüncələrim kimi , amma  həm  də   gözəldir , əsasən   də   sənin  yaşıl   gözlərin   gü-lümsəyəndə . Sevgi  mənasız  röyadır – mənim  yuxularım kimi .

     Həftənin  2 – ci  günü  5  saat ,   4  - cü   gün   4   saat ,  6 – cı   gün  5 saat  ,  toplam -  14  saat  .   Bir   həftə  ərzində  səni  görmə  şansım . Həftənin   168   saatından   cəmi   14  saatı  .   heç  bir   gün  də  deyil  , bir  günün  yarısından  2  saat  çox . İndi  yəqin  ki  ,  halımı  anladın . Doğum  günün  mübarək -  yaşıl gözlü  sarışın qız . May  ayından  sonra  görüşə  bilsək -   hansı   ki ,  bu  sənin  istəyin  olarsa   baş  verəcək – çox  sevinərəm .  Lakin   əgər  görüşə  bilməsək  ,  xahiş  edirəm – məni  heç   vaxt  unutma .  Qəlbinin  hansısa  gizli  bir  guşəsində  həmişə olmasa da ,  bəzi  anlarda  xatırla . . . . .

 

                                                            

    

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+29=
Hesaba giriş
Müəllif

Nicat Həşimzadə
Haqqında
gənc yazar , 
Əlaqə
Tel.:
0518589780
E-mail:
nicat_shair@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0265 saniye