Yaşıl İşıq #1
Frankşteyn tərəfindən "Digər yazılar" bolməsinə 16:55 19 iyul 2015 tarixində əlavə olunmuşdur

Yaşıl İşıq

Prolog fason bir şey

Həyat deyəndə nə ağlıvıza gəlir? Sadəcə bir məkandan digərinə gedib oksigen almaq? Ya da indiki zamana uyğun davranıb yalnız evdə oturub telefonla virtual həyat yaşayıb qanunlara tabe olmaq və bununla bəzi insanlara örnək kimi göstərilmək? Xeyr cavabınız bu ikisindən biridisə yalnışdı.Çünki bu sadəcə sadə hamının eyni olduğu eyni işi gördüyü eyni yemək yediyi bir yaşam formasıdı.Mənim indi danışacağım hadisə isə sadə həyatımda bir döngə yaratmış və məni adrenalinlə doldurmuşdu.Hamının həyatında bir döngə var.Sadəcə hər şey qərarlardan asılıdı.Hə və ya Yox.Bu iki söz çox şeyi həll edir.Nəysə çox danışdım indi keçək başıma gələn və sadə həyatımı mürəkkəbə çevirən o hadisəyə.

Adi günlərdən biri-Olivie yenə yatıb qalmışdı.Artıq adətə çevrilən bu hadisə onu işindən edə bilərdi.Gündə kiminsə söyüşlərinə məruz qalıb,filmlərə baxıb özün qəhrəman hesab edən adamlardan bezmişdi.Ömründə bir siqaret çəkmiyən adam olsada bu işə başladıqdan sonra dayana bilmirdi.Günə neçə dənə siqaret çəkdiyini unutmuşdu.Ağzının suyu yastığa bulaşmışdı.Kiçik masanın üstündə 2-3 dəqiqədi çalan saat artıq beyninə işləyirdi.Universitedə oxumasa da yenə də zəngli saatını qururdu.Saatı söndürmək üçün əlini masaya atdı.İlk əvvəlcə ovucuna silah sonra isə siqaret külü ilə dolu külqabı gəldi.Nəhayət əli saata çatdı və onu söndürdü.Arxası üstə çevrildi.Mal-mal ərtafa baxmağa başladı.Hər şeyi qandıqdan sonra yatağından dik atılıb tualetə getdi.İşini görüb paltarını geyib qutarması on dəqiqəsini aldı.Silahını arxa kəmərinə keçirdib qalstukunu sıxdı.İş üçün taxırdı.Əgər imkan versə idilər tərəddüd belə etmədən cırıb atardı bu insanı guya mədəni göstərən parçanı.Amma rəisi işində ciddi idi və qalstuka xüsusi diqqət yetirirdi.Birazdan dağınıq evinə nəzər salıb çölə çıxdı.Qapını bərkdən özünə tərəf çəkdi.Amma bağlanmadı:

-Görəsən bu zəhrimar həyatımda nəsə düz gedəcək.-Olivier hirsli-hirsli çığıra-çığıra bir neçə dəfə qapını bağlamağa çalışdı.

Sonuncu nəticəsində alındı.Dəstəyi pas atmış qapı artıq köhnəlmişdi.Oğru heç özünə əziyyət vermiyib qapıya bir təpik atıb içəri girə bilərdi.Tezcə pilləkənlərlə aşağı düşdü.Bircə bəxti taksi sürücüsündə gətirdi.Taksi düz qapının ağzında idi.Ünvanı sürücüyə dedi və maşın oradan götürüldü.Maşının şüşəsindən küçəyə baxırdı.Zibilliklər,binaların padvallarından çıxan tüstü.Özünü Forsaj filmində hiss edən sürücülər və daha nələr nələr.Olivier bezmişdi bu həyatdan həm də çox.Amma həyatın bir qanununa uymalı idi.Ailəsinə ona baxdıqları üçün borclu idi və o da onlara xidmət edəcəkdi.Yemək belə bişirə bilməyən gündə pizzaynan qidalanan adam ailəsinə necə pul çatdırsın? Yenə həyat ona son qumarını oynamışdı.Məcbur bu qaydaya uyacaqdı... Həmişəki kimi işə yola düşür. Eyni sifətlər,  eyni döngələr görməkdən bezmişdi Olivie. İşə bir az gecikən Olivie tələsərək işə qaçır. Binanın önündə həmişəki kimi Olivienin zarafat etdiyi Frank Jackson idi. Olivie binaya daxil olur və həmişəki kimi sənətlər əllərdə bina içində qaçışan işçilər görünürdü. Ona ayrılan otağa daxil olub bir az özünə gəlir və işinə başlayır. Həmişəki kimi kölgəli cinayətlər stolunun üstündə idi. Bir azdan qapı döyülür, Müdirin katibəsi içəri girib:

- Olivie, Ser David otağında səni gözləyir- deyib otaqdan çıxdı.

Olivie təəccüblü şəkildə görəsən yenə nə təklif edəcək? deyə özünə sual verir və ayağa qalxıb otaqdan çıxır. Müdirin qapısını döyüb:

-Buyrun Ser David, məni çağırıbsınız-deyir.

-Buyurun cənab Olivie əyləşin.

Olivie yavaşca qabağında duran stula əyləşir:

-Sizi tanınmış mafia Simpsons ailəsinin içinə sızdıracıq cənab Olivie.Buna görə sizi narahat etdik.

Ardı Var...


... dəfə oxunub
Qiymət: 9/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
10+11=
Hesaba giriş
Müəllif

Frankşteyn
Haqqında
Sadə həyatın sadə üzvü.
Əlaqə
E-mail:
xatakar.adam@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0339 saniye