Yaşıl İşıq #2
Frankşteyn tərəfindən "Digər yazılar" bolməsinə 16:01 20 iyul 2015 tarixində əlavə olunmuşdur

Yaşıl İşıq (Davamı)

Döngə-Olivie həyəcan və bir o qədər maraqlı baxışları ilə Davidi süzürdü.Ağarmış saçlar,süzülümüş gözləri və bir-iki  tükdən ibarət olsa da həmişə qulluq etdiyi saqqalı ilə qarşısında dayanmışdı.İşçilərinin qalstuk taxmasına önəm verən kapitan ofisinə heç də yaxşı qulluq etmirdi.Qırıq külqabı,yerə tökülmüş sənədlər,yarı aşmış vəziyyətdə kitab rəfləri və s.Amma işçilərinin qalstukuna önəm verirdi.Olivie arada bu polis kapitanına ayağa qalxıb yumruq atmaq istəyirdi.Çünki bu sadə həyatına nifrət etdiyi adama yumruq atıb adrenalin qata bilərdi.Amma susub cırıldayan stulunda oturmuşdu.Sakitcə rəisinə baxırdı:

-Olivie nəsə içmək istəyirsiz?

-Yox təşəkkür.Sadəcə mafia Simpsonlar barəsində öyrənmək istəyirəm.Adi masabaşı polisəm.Gündə narkotik qəbul edib,filmlərdəki “cool” xarakterlərə uyub cinayət törədən neçə başdanxarabı yaxalayıram.Maaşımda o qədər düzgün deyil.İndi sən gəlib mənə diyirsənki get özüvü heç corab almağa yetməyən maaşın üçün təhlükəyə at.Bilirsən nə var dostum?.-Masanın üstə olan iri,qalın çaplı və üzərində “Cinayət və Teoremlər” yazılmış kitabı Davidin üzünə çırpır.

Sakit olun bu sadəcə xəyaldı.Nə bizim qəhrəmanımız Oliviedə bu ürək var nə də masanın üstə belə kitab.Nəysə Olivie bir neçə dəqiqəlik sükutdan sonra başını tərpədib deyir:

-Xeyr,sadəcə Simpsonlar ailəsinə dönək.

-Hahaha (qəh-qəhə atır) mənə cizgi filmini yadıma saldı.Nəysə balaca dostum.Artıq səni kinolardakı kimi bir həyat gözləyir.”Ekşn” dolu həyatında döngə yaradacaq bir hadisə.Dostum bu gündən mafianın içərisinə yerləşdirilmiş adamımımz olacaqsan.Niyə bilmədim səni seçdim bu qədər agentimiz varkən niyə məhz agent Olivie? Hahaha.Bu həyatın sənə mürəkkəb bir dostluq təklifidi.Qəbul elə təklifi və sabahdan başla işə.

Olivie yerində sanki mıxlanmış şəkildə qaldı.Rəngi qaçmışdı.Ən amansız qətllər törədən,suiqəsd,satqınları parça-parça doğranıb zibilliyə atılan bir mafianın içinə girəcəkdi.Sadə həyat deyirdi yəqinki bu onun həyatında bir yaşıl işıq idi.

Olivie bir az duruxduqdan sonra rəisə yenə bu mövzu ilə bağlı suallar verməyə başladı:

-       Axı məni orda necə bir həyat gözlədiyini bilmirəm. Ya məndə Simpson ailəsinin vəhşi cinayətlərinə qurban getsəm?

David, Olivienin sözünü kəsib dedi:

-       Sən bizim qorumamız altında olacaqsan. Əgər bu işi bacara bilsən işin və maaşında dəyişikliklər olacaq, buna əmin ol.

Olivie ilk başlarda razı olmasada, 5 dəqiqə sonra razı olmağa məcbur oldu. Çünki indi aldığı maaş onu qane etmirdi. Aylıq kommunal xərclər, ev kirasını zor güc ödəyirdi. Ailəsinə verdiyi sözü yerinə yetirməli idi. Otağa sakitlik köçmüşdü. Bir az sonra David bu sakitliyi pozaraq, sağ tərəfindəki lövhəni yanına çəkərək Simpson ailəsi ilə bağlı məlumatlar verməyə başladı. Simpson ailəsi ilə bağlı əllərində informasiya olmadığı üçün, illər əvvəl çəkilmiş bir neçə şəkil üstündə fikir yeridirdilər.

Olivienin sualları hələ bitməmişdi:

-       Bunların ailəsində cinayət işləməyən adam qalıb?

-       Hə, nənələri (gülərək)

Otaqda gülüşmə başlayır.Elə bu zaman telefon zəng çaldı.David əli ilə Olivie yə ofisindən çıxmasını işarə etdi.

Olivie isə balkona çıxıb sonuncu siqaretini çəkəndən sonra  iş vaxtı bitdiyinə görə evə getdi.

Ardı Var...


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+3=
Hesaba giriş
Müəllif

Frankşteyn
Haqqında
Sadə həyatın sadə üzvü.
Əlaqə
E-mail:
xatakar.adam@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0271 saniye