Yasunari Kavabata - Min durna
Nigar Şahsuvarova tərəfindən "Digər yazılar" bolməsinə 20:18 03 fevral 2016 tarixində əlavə olunmuşdur

“Min durna”da gənc insanın qəlb yaşantıları çay mərasimi, yapon mədəniyyəti və dünyası fonunda öz əksini tapır.

Roman baş qəhrəman Kikudzi'nin çay mərasiminə dəvəti əsnasında gözəl qız Yukiko ilə tanış olmaq imkanından başlayır. İlk görüşdən sonra çəhrayı fonda qızın furosiki'si gənc Kikudzi'də min durna ilə bağlı assosiasiya təsiri bağışlayır.

“Min durna”. Əsərin adı simvolik məna daşıyır. Qəhrəmana xoşbəxtlik bəxş edir. Qədim yapon rəvayətinə görə, bəyaz durna-müqəddəs quşdur, yer üzündə ölümsüzlük əldə edənləri göyə qaldırır, xoşbəxtliyin və uzunömürlülüyün təcəssümüdür. 

Yukiko Kikudzi'ni cəlb edir, amma o, özündə itələyici və ziddiyətli hisslər oyadan digər qadına doğru gedir.

Müəllif canlı təsvirlərlə sevgi və ikrah duyğularını insanlara xas hansısa cizgi və ya əşyalarla simvolizə etmişdi. Təsadüfi deyil ki, insanlar şüursuzcasına tez-tez diqqətlərini cəlb edən əşyalarla digərlərini dərk edib xatırlayırlar.

Yasunari Kavabata xırdalığı göstərir ki, dünya onun qeydi ilə dərk edilir, getdikcə genişlənir. Dünyada insan təbiətin ayrılmaz parçasıdır, onu əhatə edən hər şey, onun toxunduğu hər şey isə qəlbindən bir parçadır, bir toxunuşla dirilir.

Müəllif diqqəti rənglərə cəlb edir, sanki bizi təbiəti öyrənməyə çağırır, onun sirrlərinə baş vurmağa dəvət edir. Təbiət obrazı vasitəsilə Kavabata insan qəlbini açır, buna görə də müəllifin əsərlərində sətiraltı mənalar çoxluq təşkil edir.

Kavabata dramatikcəsinə Kikudzi'ni sevən Fumiko'nun sevgi hekayəsini göstərir. Qəhrəmanla birgə oxucu da ehtiras və sevginin dəli təhlükəsini yaşayaraq hiss edir. Dərinliyə endikcə Fumiko səthi olaraq parlaq və məsum Yukiko obrazına qarşı durur.

Roman boyunca Kikudzi müxtəlif duyğular yaşayır. 3 müxtəlif qadına hiss etdikləri ona dinclik vermir. Qəhrəmanların obrazı və personajların düşüncəsi o qədər realdır ki, poetik mübaliğə sərhədini aşır. Baş qəhrəmanla birgə biz onun həyatını yaşayırıq və onun yolu ilə addımlayırıq.

“Min durna” əsərində tipik yapon ədəbi məhsullarında olduğu kimi heç bir qəti sonluq yoxdur. Sonluğu gözləyən oxucu öz fikirləri ilə tək başına çaş-baş qalır. Amma bu natamamlıq obrazda əks olunur, oxucu individual davranaraq onun iştirakını qəbul edir. Oxucu şəxsi həyatı barədə düşünür, dünya isə yeni donunu geyinir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+12=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.027 saniye