Yatdın,ruhun göylərdədir...
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:52 18 fevral 2016 tarixində əlavə olunmuşdur

Yatdın,ruhun göylərdədir,
Bir də yerə enməz olar.
Zöhrə kimi parıldayan
Bəxt ulduzun sönməz olar.
***
Batdın,adın dillərdədir,
Səhralarda,çöllərdədir.
Ellərdədir,güllərdədir-
Ləyaqətin dönməz olar.
***
Qatdın haram halal mala,
Boğazında tıxac qala.
Səbəb olsan qalmaqala
Tən torpağa gömməz olar.
***
Atdın,yerdə qalan deyil,
Bir kimsə də alan deyil.
Demə,sözün yalan deyil,
Haqq nahaqqa dinməz olar.
***
Çatdın,sənin qismətindir,
Namusundur,ismətindir.
Mövlud deməz minnətindir,
Minnət dəbə minməz olar.

1.06.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+23=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.1062 saniye