YATIRAM YUXUMA QONAQ GƏLƏRSƏN
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 20:33 03 iyul 2017 tarixində əlavə olunmuşdur

Gəl, gülüm, dərdimi atım, unudum,

Ovcunda su gətir mənə bir qurtum.

Saçını oxşayım, əlindən tutum -

Yatıram, yuxuma qonaq gələrsən!

 

Ağ atlı oğlanam, nağıl payım ol,

Həzin bir nəğmətək ürəyimə dol.

Bu gecə sübhədək sən yanımda qal -

Yatıram, yuxuma qonaq gələrsən!

 

Dəli bir istəklə çağlayaq qoşa,

Dayanaq üz-üzə, verək baş-başa.

Eşqimiz dönməsin şaxtalı qışa -

Yatıram, yuxuma qonaq gələrsən!

 

Vücudun gözümdə incədən, incə

Gələndə sığınma qaranlıq küncə.

Nigaran könlümü qərq et sevincə -

Yatıram, yuxuma qonaq gələrsən!

 

Yetənin üzünə xoş baxmır həyat,

Sanmayaq eşqimiz boyatdır, boyat!

Seymuru əlinlə silkələ, oyat -

Yatıram, yuxuma qonaq gələrsən!..

 

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ(PAŞAYEV)


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+30=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0279 saniye