"Yaxşı oğlan " ideologiyası
Alçin Doqquz tərəfindən "Digər yazılar" bolməsinə 00:16 11 aprel 2014 tarixində əlavə olunmuşdur

Günümüzdə Sovet təsirin görmüş yaşlı nəsil ilə , hal-hazırda biraz müasirliyə doğru gedən nəsil arasında bir nəsil yetişib ki , əsasən məqsədsiz işlərlə məşğul olurlar. "Yaxçı oğlan " kəlməsin yəqin ki , hər kəs eşidib. yaxçı oğlan elə olmaz belə olar zad tez-tez eşidirik. Bəs yaxşı oglan və yaxçı oglan nədi ? Uşaq yaşlarından siqareti damağına qoyan. Məqsədsiz çəkən , soruşanda , "dərdimi unuduram braat " deyə cavab verən uşaqlar dərs oxumaq üçün getdiyi məktəbi bu siqaretlə bitirirlər. Kitabı , biliklənməyi bir kənara atıb , təsbeh master keçirlər. Tində yığışmaq , gəlib-gedənin arxasınca baxmaq hobbiyə çevrilir. Metroda , avtobusda gözucu bütün qızları soyunduran. Küçədə nömrələrin qışqırıb , hər keçənə söz atan , başqa oğlanın yanında isə ana-bayıdan danışmaq da var. Məktəbdə zəiflərdən pul yığa-yığa , küçədə hərədən 20 qəpik ala-ala 5 manat düzəldib bütün günlərin qəlyanda keçirirlər. Facebook və s. sosial şəbəkələrdən yalnız qız tutmaq üçün istifadə edirlər. Və axırı parkda oturacaqlarda nə ilə bitdiyin tez-tez şahidi oluruq. Bəli təəssüf ki gəncliyimizin əksəriyyəti bu hissəyə daxildi. 


... dəfə oxunub
Qiymət: 9/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
7+25=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0258 saniye