Yaxşılıq
Mübariz Əhmədov tərəfindən "Şeir" bolməsinə 08:26 28 may 2014 tarixində əlavə olunmuşdur

Yaxşılıq, mən səni toxum eylədim,
Səpdim, sən cücərdin, tezcə boy atdın.
Sünbülün yetişib zəmi olanda,
Dənindən bir ovuc mənə qıymadın.

Yox, mən ki demirəm verdiklərimi,
Qaytarıb özümə mənə versinlər.
Amma, salamıma Allah xətrinə,
Əleykəssəlam barı desinlər.

Niyə quduzlaşır Adəm övladı,
Ağa qara yaxır göz görə-görə.
Yaxşılıq, mən sənin üstündə əsdim,
Ömür divarıma qəm hörə-hörə.

“Elə yaxşılığı gəl at dənizə,
Balıq bilməsə də Xaliq biləcək”.
Xaliq biləcəyin mən də bilirəm,
Bu balıq bəs özü nə vaxt biləcək?


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Mübariz Əhmədov
Əlaqə
E-mail:
ulvi.ahmedov@mail.ru
Sosial şəbəkə:
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0299 saniye