Yaxşılq eləmə nadan kəslərə..
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 13:56 02 may 2016 tarixində əlavə olunmuşdur

Yaxşılıq eləmə nadan kəslərə,
Qayıdar.cavabı yamanlıq olar.
Məcrası yönünü dəyişən çayın,
Sel gələr,suları bulanıq olar.
***
Söhbətin öz yeri.sözün öz yeri,
Ocağın öz yeri,közün öz yeri.
Qulağın öz yeri,gözün öz yeri,
Görüb,eşitməsən yalanlıq olar.
***
Özgənin qəmini bil özününkü,
Gözünün yaşını sil--özününkü.
Sözünə əməl et,dil özününkü,
Yoxsa,başqasına qalanlıq olar.
***
Sözündə doğru ol,əməldə mətin,
Alından(1)baş açmaq çətindi,çətin.
Taleyin hökmüdür,Mövlud,qismətin,
Hayana istəsə,o yanlıq olar.

1.Al--hiylə mənasında.

9.07.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+20=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0199 saniye