Yay, isti, cırcırama ağacda nəğmə oxuyur
Sən An tərəfindən "Şeir" bolməsinə 14:42 06 avqust 2015 tarixində əlavə olunmuşdur

***
yay, isti,
cırcırama ağacda nəğmə oxuyur.
otaqda tavana zillənmiş bir cüt göz,
bir az ümid,bir az da heç nə var bu baxışlarda.
xəstəlik yaman yorub onu.
qızı da anasının dərdini çəkir.

yay, isti,
cırcırama ağacda nəğmə oxuyur.

keçirəm növbəti otağa,
gənc ailə,
uşaq ata və anasını qucaqlayıb yatır,
bu isti yayı sərin bir yuxuya qatır.
növbəti otaqda isə,
televizorun xışıltısı ilə yuxuya getmiş bir əlli beş yaşlarında kişi uzanıb,
arvadı gəlib sakitcə söndürür televizoru,
sonra gözlərini də söndürüb divanda uzanıb yuxuya gedir.

yay, isti,
cırcırama ağacda nəğmə oxuyur.

lap qıraq otaqdakı gənc qız sevgilisinə mesaj yazır,
baxır gələn cavaba gülümsəyir,
xoşbəxt olur.
mən də oturmuşam səkidə pivə içirəm,
eyni həyətdə yaşayan başqa adamlar haqqında fikirləşirəm.
bəlkə də şeir yazıram.

yay,isti,
cırcırama ağacda nəğmə oxuyur.


... dəfə oxunub
Qiymət: 6/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+8=
Hesaba giriş
Müəllif

Sən An
Haqqında
küçədə oynayan uşaqların sevinci mənim kədərimə mane olur.
Əlaqə
Tel.:
055 626 01 77
E-mail:
sanan.safarov.1986@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0274 saniye