Yayda uşaq paltarlarının seçimində diqqətli olun
Vəfa Teymurova tərəfindən "Digər yazılar" bolməsinə 17:09 11 iyul 2014 tarixində əlavə olunmuşdur
Paltarlardan  tərləmə yoluyla insan bədəninə keçən  boyalar, bədən  hüceyrələrinə təsir edərək xərçəng riskini artırırlar.
Yaz-yay  aylarında və önümüzdəki  təhsil dövrü üçün məktəb paltarı almaq  istəyən valideynlər parça seçimində diqqətli olun.  
Yaz-yay aylarında  uşaqlara incə və pambıq parçadan hazırlanmış  geyimlər geydirilməlidir. 
Yay mövsümündə incə pambıq parçadan hazırlanmış geyimlərin  seçilməsi, sağlamlıq baxımından ən əhəmiyyətlidir.
Sintetik neylon qarışıqlı geyimlər isə isti  günlərdə tərləməyə səbəb olur. Bu səbəblə uşaqlarda, tərləməyə bağlı qaşınma,  dəri narahatlıqları və allergik səpgilər meydanan gəlir.  
İsti keçən havalara, gigiyenik olmayan  geyim seçimləri də əlavə olunduğunda, narahatlıqlar daha da artır.
Çox günəşli  bölgələrdə rəng seçimləri də çox əhəmiyyətlidir. Həddindən artıq işığı əks etdirən açıq ağ  rəngli paltarların geyilməsi uşaqlarımızın sağlamlığı baxımından hər vaxt daha faydalıdır. Rəng və parça seçimlərinin moda düşüncəsiylə edilməsinə yol verilməməli, uşaq  sağlamlığının  ikinci plana keçməsinə  icazə verilməməlidir.
 
Məktəb paltarları üçün  hansı parçalar seçilməlidir?

Məktəb geyimi üçün seçilən parçalarda istifadə edilən sintetik polyester qarışığının görünüşcə dayanıqlılıq, şəkil və keyfiyyəti artırdığı məlumdur. 
Parçada kimyəvi polyester tərkibi   15 % -i əsla keçməməlidir. Bu nisbətin artımı  uşaqlarımızın dəri sağlamlığı və gigiyenasının  pozulması deməkdir.  
Həm  uzun müddət oturan, həm də hərəkətli olan məktəb həyatında  uşaqlarımızın geyimində həm elastik likra qatqısı, həm pambıq, həm də sintetik poliyestr maddələrin nisbəti müəyyən olunmuşdur.
Belə ki, ideal məktəbli formasının materialının tərkibi ən az 75 % pambıq, 20 % elastik likra qatqılı maddə, 5 % isə sintetik poliyestr təşkil etməlidir. 
 
Azadqadin.az

... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0286 saniye