Yaz mənə gülümsəyir...
Yaz mənə gülümsəyir,
Sənin gözlərin kimi,
Ürəyimdə nəğmə var,
Şirin sözlərin kimi...
Səni sevir bu ürək,
Bülbül gülü sevən tək,
Arzumuz açsın çiçək,
Sevgi izləri kimi...
Nə edim, inanasan,
Mən tək eşqlə yanasan?!
Sərin bir mehdir əsən
Sənə, dizlərim kimi...
*** *** ***
Sən elə bir çiçəksən,
Yazın ruhu səndədir,
Ömrümə bərbəzəksən,
Gəl, bu könül sənlədir...
Gəl mənə, yaz çiçəyim,
Gəl, doyunca qoxulayım,
Bil, sənindir ürəyim,
Sənsən günəşim, ayım...
Novruzulu, yasəmən,
Bənövşəsən mənimçün,
Tər çiçək, tazə çəmən,
Gülöyşəsən mənimçün...
*** *** ***
Yaz mənə gülümsəyir,
Nə vaxt ki, sən gülürsən,
Könlüm tək fəsli-bahar
Oynanır, sən gəlirsən...
ELŞƏN İSMAYIL
30.05.2018