Yazar
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 20:19 23 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Səni düşündürən,narahat edən,canını sıxan hər nə varsa,sətirlərə köçür.Kiməsə xoş gəlsin,ya gəlməsin deyə deyil,nəyəsə xatir yox,sırf öz istəklərinə uyğun şəkildə yaz! Önəmli olanı fikirlərini doğru-dürüst, ardıcıl qaydada ətrafındakılara çatdırmaqdır.Bəlkə də,ilk həmlədə hədəflərə çatmaq bir az imkansız olacaq.Sən üzülmə,bunları dərd etmə.Zəruri olanı bir yerdən başlamaqdır.Dərhal bəyənilmək,tez bir zamanda zirvəyə qalxmaq,çılğıncasına şöhrət hərisinə çevrilmək,səni arzuladığının kölgəsində qoyar.Gölgədə yaşamaq gerçək bir yazara görə arzu olunan deyil.Çağdaş toplumun yersiz mədhiyyələrə, bir abbasılıq məddahların utopik fikirlərinə qarnı toxdur.Kütlə üçün önəmli olanı onların canını sıxan,ruhlarını incidən məsələləri önə çəkib sadə dildə onlara aşılamaqdır.Cəmiyyətin səsinə qulaq vermək,onlarla eyni sırada dayanmaq,dərdlərinə ortaq olmaq,narahat düşüncələri ardıcıl şəkildə sətirlərə həkk edib ictimai müzakirələrə təqdim etmək boynunun borcudur bir yazarın!Tənqidləri qəbul etmək,verilən nəsihətlərdən doğru nəticə çıxarmaq,iradları səbrlə dinləyib hadisələrə tam vaqif olmaq bizləri əksik etməz,əksinə,daha da irəli,həm də,düşündüyümüzdən çox qabağa aparar.Yazarın haqqını- Haqq olan haqq sahibi verər!Yetər ki,doğrulardan sapmasın,haqqı yazarkən barmaqları titrəməsin,yazmaq xatirinə yazmasın.Ədalət sözdə deyil,əməldə təcəlla etdiyi zaman haqqdır!Yazar olmaq Yaradanın yaratdığı və onların içərisindən seçdikləri üçün əvəzsiz bir mükafat,qiymətsiz bir ənamdır.Ədalətə sığınıb,haqqa tapınan ədiblər üçün ortaya qoyduqları əsərlər,əbədiyyət yolçuluğunda qaranlığa işıq salacaq nur çıraqları olacaqdır.Fikirləri sərbəst ifadə edərkən,sağlam düşüncələri ətrafdaklarla paylaşarkən,şablon və bəsit kəlmələri ixtisar edərkən ortaya normal bir əsər qoymaq mümkündür.Yazar üçün,ən əsası tərəddüd etmədən masa başına keçməsi,bir rəssam kimi gələcək tablosunu qüsursuz tamamlamasıdır.Son olaraq, fərdi düşüncələrimi mövzuya aid olan aşağıdakı kiçik bir qeydlə müxtəsər etmək istərdim.

Türk dünyasının ünlü yazarlarından olan,ədəbi yaradıcılığına böyük ehtiram etdiyim Aişə Kulin haqqında,bu yaxınlarda “SNN-Türk” kanalı tərəfindən hazırlanan verlişi izlədim.Verlişin ən maraqlı yerlərindən biri,jurnalistin yazıçıya ünvanladığı və artıq bir ənənə halını almış “dünyaya yenidən gəlsəydiniz,bir daha yazıçılığı seçərdinizmi?” sualına verdiyi cavab idi:”Dünyaya bir dəfə deyil,min kərə gəlsəydim,mən yenə də,yazıçı olmağı seçərdim. Çünki,bizim kimi yazarlar azadlıqlarını hər şeydən üstün tutar və onu heç nə ilə əvəz etməzlər.Azad insan,azadlığı sevən insan,hər zaman fikirlərində də,azad olur,sərbəst düşünür.Zənnimcə,insan üçün bundan böyük xoşbəxtlik,bundan qeyri səadət ola bilməz.”


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+7=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0508 saniye